Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku

7.07.2026 20:46 14
İdman
11-13 sentyabr Belçikanın Antverpen şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun oyunları baş tutacaq.

"Football-plus.az" xəbər verir ki, mövsümün ən nüfuzlu yarışlarından biri hesab olunan Avropa Kubokunda qadınlardan ibarət yığmamız da mübarizə aparacaq.

Püşkatmanın nəticələrinə əsasən, A qrupunda yer alan millimizin rəqibləri Ukrayna və Niderland yığmaları olacaq.