Kamilo Duran "Seltik"in düşərgəsində

8.07.2026 16:15 32
Ölkə futbolu / Aktual
Şotlandiya “Seltik”i baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini təsdiqləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Təcrübəli mütəxəssis İrlandiya “Şelburn”una qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına açıqlamasında bunları deyib:

“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir".

Beləliklə, Kamilo Duranın artıq "Seltik"in düşərgəsində olduğu rəsmən təsdiqini tapıb.

24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.

Şotlandiya mətbuatının yazdığına görə, "Seltik" bu transfer üçün "Qarabağ"a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödəyəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul