“Zirə” bu gün Konfrans Liqasının yeni mövsümündə mübarizəyə başlayacaq. “Qartallar” “SOCAR Polymer Arena”da Gürcüstan “Torpedo”sunu sınağa çəkəcək.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, bu qarşılaşma üçün satışa çıxarılan biletlərin üçdə ikisi artıq satılıb. Bu da 812 nəfər edir. Oyunun olacağı stadion 1400 tamaşaçı tutumuna malikdi. Klub satışa 1306 bilet çıxarıb.
Xatırladaq ki, görüş saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR