"İmişli" Bəxtiyarı transfer etdi

8.07.2026 12:25 20
Ölkə futbolu
“İmişli" heyətini növbəti transferlə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi millimizin üzvü, 33 yaşlı mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə 1 illik müqavilə imzalayıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında uğurlu çıxış edən Bəxtiyar son olaraq "Araz-Naxçıvan"ın formasını geyib.