"İmişli"dən növbəti transfer

8.07.2026 15:07 22
Ölkə futbolu
"İmişli" heyətini gənc qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü olan qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Sadiq peşəkar futbol karyerasına "Səbail"də başlayıb və 7 il bu klubun formasını geyib. Daha sonra "Qarabağ"ın əsas komandasına qoşulan qapıçı, ötən mövsümü icarə əsasında "Difai"də keçirib.