“Sabah” UEFA reytinqində əmsalımızı artırdı

8.07.2026 12:50 24
Avrokuboklar
“Sabah” Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.

"Football-plus.az" xəbər verir ki, buna Masazır təmsilçisinin UÇempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda "Nyu Seynts"i məğlub (2:0) etməsi səbəb olub. “Sabah”ın qələbəsi ölkə reytinqinə 0,250 əmsal qazandırıb.

Hazırda Azərbaycan 18,812 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 27-ci sırada 18,250 əmsalla Slovakiya, 25-ci yerdə isə 20,750 əmsalla İsrail yer alıb.

UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.