Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə UEFA bu ölkənin milli və klub komandalarını 2022/23 mövsümündə öz bayrağı altında keçiriləcək bütün yarışlardan uzaqlaşdırıb. Rusiya Futbol İttifaqının (RFİ) UEFA-dakı üzvlüyü isə saxlanılıb.
UEFA-nın prezidenti Aleksander Çeferin RFİ-nin Asiya Futbol Konfederasiyasına üzv olmasıyla bağlı ideyasına belə münasibət bildirib:
“Bu fikri Rusiya Futbol İttifaqı deyil, hansısa siyasətçi irəli sürüb. Fikrimcə, bu ideya reallaşsa, ruslar 100 il geri düşəcəklər”.


