“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?

8.07.2026 13:10 52
Aktual / Ölkə futbolu
Premyer-liqada yeni mövsüm avqustun 14-də start götürəcək. Gəncəli azarkeşlər də yeni mövsümü həvəslə gözləyir. Axı onların “Kəpəz”i, nəhayət, ev oyunlarını doğma şəhərdə keçirəcək.

Bəs stadion açılışa tam hazırdı? İşlər bitib?

“Football-plus.az” klubun mətbuat katibi Gəray Qiyasov ilə əlaqə saxlayıb:

“Əslində açılış MDB Oyunlarından əvvəl olub. Bizim orda ilk oyunu nə vaxt keçirəcəyimiz püşkatmadan asılıdı. Başqa suallar isə Gənclər və İdman Nazirliyinə ünvanlanmalıdı”.

İSRAYIL XEYRULLAYEV