“Neftçi” Konfrans Liqasına hazırlığı davam etdirir. Hazırda Sloveniyada olan “ağ-qaralar” 2-ci yoxlama oyununda “Partizan”a 0:1 uduzdu. Serbiya futbolunun iki ən güclü klubundan biri sayılan “Partizan”ın saytı oyunla bağlı bunları yazıb:
“Saşa İliçin komandası üçün uğurlu sınaq matçı oldu. Təkcə yekun nəticəyə görə yox, meydanda nümayiş etdirilən oyuna görə də. "Qara-ağlar" çox keyfiyyətli, sərt və aqressiv oyun üslubuna malik rəqibə qarşı çıxış etdilər, rəqibə layiqincə cavab verdilər. Onlar yüksək pressinq tətbiq etməyi, sadə və sürətli hücumlarla Azərbaycan təmsilçisinə çətinlik yaratmağı bacardılar. “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi”.
Qeyd edək ki, “Neftçi” iyulun 10-da Serbiyanın digər bir komandası “Radniçki Niş” ilə qarşılaşacaq.
İSRAYIL XEYRULLAYEV