"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!

3.07.2026 21:00 134
Aktual / Ölkə futbolu
Başa çatan mövsümdə icarə əsasında "Neftçi"nin şərəfini qoruyan Freddi Varqasla bağlı hələ də yenilik yoxdu.

Bu barədə "Football-plus.az"a "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.

Görünür, paytaxt təmsilçisi Netanya "Makkabi"sinə məxsus olsa da, icarə əsasında heyətində çıxış edən sol cinah yarımmüdafiəçisini yenidən heyətə qaytarmaqda ciddi çətinliklə üzləşib.

Xatırlayırsızsa, qarşı tərəfin "ağ-qaralar"dan 450 min avro tələb etdiyini yazmışdıq. Varqasın "transfermarkt"dakı bazar dəyəri isə 600 min avrodu. İstənilən halda, "Neftçi"nin futbolçuyla bağlı addımlar atmaqda davam etdiyi bəllidi. Çünki Vernidubun təyinatından sonra özünü yaxşı tərəfdən göstərən futbolçular sırasına qoşulan venesuelalı 32 matçda 5 qola, 8 məhsuldar ötürməyə imza atmaqla bakılıların avrokuboklara vəsiqə qazanmasında mühüm rol oynadı.

Aydındı ki, "Makkabi" "ağ-qaralar"ın Varqasa marağından faydalanmaq niyyətini güdür. 27 yaşlı futbolçunun isə İsrail klubundan ayrılmaq istədiyi haqda xəbərlər yayılıb.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul