• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ruslar özünü də bəlaya salıb, bizi də!

Dünya futbolu

5-10-2023, 16:0

Ötən il fevralın 24-dən bəri Ukrayna ərazisini işğal etmək hədəfi ilə amansız müharibə aparan Rusiyanın dünyanın futbol ailəsindən, beynəlxalq turnirlərdən kənarda qalması təbiidi. Amma UEFA ötən həftənin çərşənbə axşamı iki yeni qərar açıqlamaqla qitə futbol ictimaiyyətində haqlı suallar doğurdu.

Bu qərarlardan birincisi gözlənilən idi. Rusiyanın klubları və yuxarı yaş qrupu yığmaları müharibə bitənə qədər beynəlxalq arenaya dönməyəcək. İkinci qərara iə “inqilabi” təyinini yapışdırmaq olar: Rusiyanın U-17 yığması himnsiz, bayraqsız, evdə oynamaq imkanı qazanmadan bütün Avropa turnirlərinə buraxılır. UEFA prezidenti Aleksander Çeferin bu qərarı belə izah etdi:

“Uşaqlara yarışlarda iştirak qadağası qoymaqla onların məqsədyönlü inkişafı ilə bağlı təməl prinsipləri rədd etməklə yanaşı, birbaşa diskriminasiyaya məruz qoyuruq”.


UEFA-nın uşaqlarla bağlı qərarı Rusiyada böyük ruh yüksəkliyi ilə qarşılansa da, qitənin əksər ölkələrində narahatlıq doğurub. Konkret 7 ölkənin bu qərarın əleyhinə çıxdığını, rusiyalı yeniyetmələrlə qarşılaşmaq istəmədiyini qəzetimizin ötən saylarında xəbər vermişdik. Hadisələrin bundan sonrakı axarı da maraq doğurur. UEFA çox çətin seçim qarşısındadı. Bir tərəfdən, söhbət bəşəriyyətin gələcəyi olan uşaqların fundamental hüquqlarından gedir. Amma digər tərəfdən, rusiyalı uşaqları beynəlxalq turnirlərə buraxmaq həm də dolayısıyla işğal faktına haqq qazandırmaq deməkdi. Üstəlik yeni qərara etiraz edən və sıraları get-gedə genişlənən ölkələri susdurmaq da çətin olacaq. Heç şübhəsiz, UEFA rəhbərliyi bu qərarı uzun-uzadı məsləhətləşmədən sonra verib. Burda çox incə bir nüans var. Qitə futbol qurumu, sadəcə, rusiyalı yeniyetmələri etirazçıların yer aldığı qruplara buraxmaya bilər.

Maraqlıdı ki, rusiyalı həmkarlarımız U-17-lər arasında AÇ-2024-ün seçmə turnirində yer almaq üçün münasib qrup axtararkən ilk növbədə Azərbaycanın da yer aldığı qrupa boylanıb. Söhbət oyunları Serbiyada keçiriləcək 4-cü seçmə qrupdan gedir. Həmin qrupun komandaları arasında meydan sahibləri və yığmamızla yanaşı, Sloveniya və Lüksemburq da var. Faktiki UEFA seçmə mərhələnin püşkü atılandan və qrupların tərkibi müəyyənləşəndən sonra belə anlaşılmaz qərar verməklə rusları hədsiz dərəcədə ruhlandırıb. Onlar yığmamızın qrupuna düşmək istəklərinin səbəbini gizlətmirlər. Açıq-aşkar yazırlar ki, Azərbaycan bu qərara etiraz etməyəcək, Sloveniyanı UEFA-nın bu ölkədən olan prezidenti Çeferin razı sala bilər. Bircə qalır Lüksemburqu razı salmaq. Rusların diqqətini cəlb edən daha bir qrup var. 7-ci qrupda da Türkiyə, Şotlandiya, Belarus və Qazaxıstan U-17-si yer alıb. Burda da yeganə əngəl Şotlandiya ola bilər. Çox güman, yaxın günlərdə Rusiyanın yeniyetmələrdən ibarət yığmasının hansı qrupda yarışacağına aydınlıq gələcək. Kaş ki bizim qrupda olmayaydılar!

Maraq üçün U-17-lər arasında seçmə turnirin bütün qruplarının tərkibini xatırladırıq.

1-ci qrup (oyunlar oktyabrın 11–17-si aralığında keçiriləcək): Danimarka, Avstriya, Gürcüstan, Litva.
2-ci qrup (27 sentyabr – 3 oktyabr): İsveç, Polşa, Latviya, Moldova.
3-cü qrup (15–21 oktyabr): Almaniya, Ukrayna, Finlandiya, Lixtenşteyn.
4-cü qrup (21–27 oktyabr): Serbiya, Sloveniya, Lüksemburq, Azərbaycan.
5-ci qrup (15–21 noyabr): Portuqaliya, ÇexiyaŞ Monteneqro, Albaniya.
6-cı qrup (15–21 noyabr): Fransa, Norveç, Rumıniya, Estoniya.
7-ci qrup (21–27 oktyabr): Türkiyə, Şotlandiya, Belarus, Qazaxıstan.
8-ci qrup (25–31 oktyabr): İspaniya, Slovakiya, Şimali Makedoniya, Malta.
9-cu qrup (3–9 noyabr): İngiltərə, Xorvatiya, Kosovo, Farer adaları.
10-cu qrup (11–17 oktyabr): İrlandiya, İsveçrə, İslandiya, Ermınistan.
11-ci qrup (25–31 oktyabr): İtaliya, Yunanıstan, Şimali İrlandiya, San Marino.
12-ci qrup (11–17 oktyabr): Belçika, İsrail, Uels, Cəbəllütariq.
13-cü qrup (25–31 oktyabr): Macarıstan, Bosniya, Bolqarıstan, Andorra.

Gələn ilin yazında keçiriləcək 2-ci seçmə mərhələyə 13 qrup qalibi, 2-ci yeri tutacaq 13 komanda, eləcə də 3-cü yeri tutanlar arasından 5 ən yaxşısı adlayacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-09-2023, 18:0

Çeferin rusların cəzasından danışdı

Dünya futbolu

21-01-2023, 11:0

Ruslar hələ də UEFA-dan əlini üzməyib

Dünya futbolu

14-05-2022, 14:0

Çeferin: “Ruslar 100 il geri düşəcəklər”

Dünya futbolu

28-09-2023, 12:0

7 ölkə UEFA-nın qərarına etiraz etdi

Dünya futbolu

30-04-2022, 15:0

UEFA gələn həftə ruslar üçün faciəvi qərar verə bilər

Ölkə futbolu / Manşet

28-09-2023, 20:0

AFFA UEFA-nın sözündən çıxmır

Aktual
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
Son xəbərlər
  • Bu gün, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Bu gün, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 205
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 131
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə