Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR

8.07.2026 16:07 35
Avrokuboklar / Aktual
Dünən Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Sabah" - "Nyu Seynts" matçından sonra "bayquşlar"ın futbolçuları Velko Simiçlə Coy-Lens Mikels "Football-plus.az"ın suallarını cavabladı.

Sizi əvvəlcə Simiçin dedikləri ilə tanış edirik.

- Matçla bağlı təəssüratların nəcədi?
- Düşünürəm ki çox yaxşı matç keçirdik, çox yaxşı performans göstərdik. Bəlkə də, hesabı daha erkən aça bilərdik. Lakin əsas odu ki, səfər matçından öncə üstünlük qazandıq.

- Növbəti matça necə hazırlaşacaqsan?
- İndiki kimi. Biz rəqibə qarşı dominant oyun göstərmək istəyirik. Meydandakı futbolçulara qarşı pressinq nümayiş etməyi düşünmüşük. Əsas məqsədimiz daha çox qələbə qazanmaq olacaq.

- Azarkeşlərə burdan nə mesaj göndərirsən?
- Növbəti matç sizinlə birgə meydanda əlimizdən gələni etməyə çalışacağıq. Sizin dəstəyiniz bizə güc verir.

Coy-Lens Mikelsin fikirlərini də təqdim edirik.

- Matçla bağlı nə düşünürsən?
- Bu ilk oyunumuz idi. Çoxlu şansımız oldu. Lakin ilk hissədə hesabı aça bilmədik. Çətinliklər oldu. Çünki, “Nyu Seynts” matçboyu müdafiə oyunu oynadı. Buda bizim sadəcə 2 qolla kifayətlənməyimizə səbəb oldu. Növbəti matç fərqli olacaq. Rəqib mərhələ keçməyi düşünürsə, hücumda oynamağa məcbur olacaq. Bu isə bizə kritik məqamlarda önəmli şanslar verəcək. Səfərdə bu imkanlardan yararlanmağa çalışacağıq.

- Növbəti matça necə hazırlaşacaqsan?
- Hər zaman biz matçdan sonrakı gün hazırlıqlara başlayırıq. Qələbə qazanmağa köklənəcəyik.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul