• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Karlos Sayns artıq maşını daha yaxşı anlayır

İdman

22-09-2023, 22:0

Dünya çempionatının Sinqapur mərhələsi “Ferrari”nin pilotu Karlos Saynsın qələbəsi ilə bitdi.

"Football-plus.az" xəbər verir ki, “Formula-1”də 2-ci qələbəsini qazanan ispaniyalı hiyləgər taktikaya əl atdı ki, bunun sayəsində son yarış mövsümün bəzəyinə çevrildi.

- Yarış cəlbedici idi, mübarizə sərt xarakter daşıyırdı – Sinqapurdakı qələbənin bu aspektlərindən hansı ilə daha çox qürur duyursuz?
- Birini seçmək çətindi. Düzünə qalsa, hər şeylə qürur duymaq olar. Bu il məhz Sinqapurda qalib gəlmək baxımından yeganə imkanımız oldu və biz də qazandıq. Həftəsonu boyunca bircə səhv də buraxmadıq, hərçənd təzyiqə dözməli olduğumuz məqamların sayı çox idi, ancaq biz sakitliyi qoruduq, planımıza, taktikamıza söykəndik. Bir çox amili nəzərə almaq lazım idi – təkərlərin deqradasiyası, pit-stoplar, DRS... Bütün bunlara nəzarət edə, yarışı qazana bildik. Bu isə heç də asan deyil.

- Həftəsonu boyunca əla sürət göstərdiz, ancaq yarış ərəfəsində uğurunuza nə dərəcədə əmin idiz?
- Yarışdan əvvəl proqnozlaşdırmaq çətin idi ki, qələbə qazanmaq üçün sürətimiz çatacaqmı? Ancaq məndə belə hiss var idi ki, hansısa şansım olacaq. Mənə elə gəlir ki, startda ilk pilləni qorumaq, ardından tempi artırmaq lazım idi. Plan məhz belə idi, ancaq təhlükəsizlik maşını trassa hədsiz erkən çıxdı. Artıq 20-ci dövrədə sərt təkərlərə keçmək niyyətim yox idi, trassda daha çox dayana biləcəyimi hiss edirdim. Sözsüz, yarışın sonuna yaxın pressinq hədsiz yüksək səviyyəyə çatmışdı.

- Son dövrələrdə əsəbləşmək lazım gəldi?
- Əvvəlcə bir o qədər əsəbləşmirdim. Ona görə ki, son 12-15 dövrədə də rəqiblərimə hücum edə biləcəyimi hiss edirdim. Ancaq mən əyləci basan kimi təkərlərin deqradasiyası prosesi daha da intensivləşdi. Düşünürəm ki, mənim maşınım da çox sürüşürdü, Lando Norrisin “Maklaren”i də. Bundan başqa, “Mersedes”in pilotlarının Şarl Lekleri sürətlə arxada qoyması, mənlə Norrisi haqlaması da məni çox təəccübləndirdi. Həmin anda düşündüm ki, qələbə asan başa gəlməyəcək, son 5-6 dövrdə əsl savaş gedəcək. Həmin məqamda taktikanı bir qədər dəyişməli oldum. Hiyləgərlik etmək lazım gəldi, Landoya DRS hesabına sürətlənmək imkanı yaratdım və bu da rəqiblərin qarşısını almağa imkan verdi.

- Lando ilə fərqi nəzarətdə saxlamağı, bununla yanaşı, onun zərbəsinə məruz qalmamağı necə bacardız?
- Bu həmişə çətindi. Axı özünü əlavə pressinq altında qoyursan. Bu vəziyyətdə anlayırsan ki, əyləc sisteminin bloklanmasına yol vermək olmaz, bir səhv də buraxa bilməzsən. Belədə Lando ötmək imkanı qazanacaq. Lando 16-17-ci dövrələrdə rəqib hücumlarının qarşısını alanda vəziyyət bir qədər də mürəkkəbləşdi. Bundan sonra mən bir qədər sürəti azaltdım ki, o, DRS sistemindən yararlana bilsin. Güman edirəm ki, məhz bu manevr qələbəmə yol açdı, eyni zamanda Landoya da 2-ci yeri qazandırdı. Belə olmasaydı, “Mersedes”in pilotları Landonu ötsəydi, mən də onların asan ovuna çevriləcəkdim. Belədə məni də asanlıqla arxada qoyacaqdılar.

- Montsada əla sürət göstərdiz, Sinqapurda isə gözəl qələbə qazandız. Bu kontekstdə qarşıdakı Suzuka yarışı ərəfəsində nə deyə bilərsiz?
- Düzünə qalsa, bütün bunlar heç nəyə təsir etmir. Ardıcıl iki həftəsonunu maşınımıza münasib olan trasslarda yaxşı keçirdik. Komandamızla qürur duyuram. Ona görə ki, mühəndislər maşınımızın Zandfort trassı ilə müqayiəsədə daha effektli çalışması üçün hədsiz çox əmək sərf etmişdi. Bununla belə, düşünürəm ki, irəlidə çətinlik çəkəcəyimiz çoxlu həftəsonu olacaq. Bəlkə də yenə fəxri kürsü uğrunda mübarizə aparacağıq, bəlkə də 5-ci və ya 6-cı yerlə kifayətlənməli olacağıq.

- Zandfortda və Montsada yaxşı çıxış etdiz, Sinqapurda isə qələbə qazandız. Bütün bunlar yay fasiləsindən sonra olub. Hiss edirsizmi ki, məhz yaydan sonra hər şey daha yaxşı alınmağa başlayıb?
- Bəli, mən artıq maşını daha yaxşı anlayıram, necə sürməli olduğumu hiss edirəm. Ancaq bu hiss yay fasiləsinə qədər də yaranmışdı. Sadəcə, mühəndislərlə bir araya gəldik və düşündük ki, bütün həftəsonu boyunca maksimal dərəcədə effektli və sabit çalışmaq üçün nə etmək olar. Aydındı ki, yaxşı temp göstərməyə qadirik, ancaq heç vaxt həftəsonları hər şeyi bir araya gətirə bilmirdik. Baxaq görək mövsümün bu mərhələsində nəyə nail olmaq mümkündü. Ancaq Zandfortdan başlayaraq işlər yaxşı gedir. Montsada hər şey, demək olar ki, ideal alındı, Sinqapurda isə sadəcə, ideal alındı. Belə işlə qürur duymaq olar. Bu üzdən mühəndislərimizə, mexaniklərimizə, ümumiyyətlə, bütün komandaya görə çox sevinirəm.

- “Ferrari” bu dəfə məhz sizə, qələbənizə güvəndi, yarışın ilk bölümündə hətta Şarl Lekler də fərq açmaqda yardım etdi. Əvvəllər belə olmurdu, hətta Montsada komanda yoldaşınızla da yarışırdız. Bu planda nə dəyişib? “Ferrari”ni yarışı qazana biləcəyinizə necə inandırdız?
- Açığını deyim ki, komandanın məhz mənə bel bağladığını düşünmürəm. Biz, sadəcə, hər iki maşın üçün maksimal mümkün nəticəyə nail olmağa çalışdıq. Şarl fərq yaratdı, həminin aramızda müəyyən interval saxladı ki, təhlükəsiz maşını trassa çıxanda problemlə üzləşməyək. Hər şey məhz belə oldu, razılaşırsız? Düzünü deyim ki, həftəsonu yaxşı temp göstərdim, maşınla bütünləşdiyimi hiss etdim, hər şeyə nəzarət edə bildim, “Medium” təkərlərində də çox sürətliydim. Sükan arxasında özümü çox rahat hiss edirdim. Hərçənd lider olmaq həmişə qarşıya qoyulan hədəfə çatmağı asanlaşdırır.

Paylaş:
Digər xəbərlər

Müsahibə

29-09-2022, 12:0

Maqnussenə ən sürətli dövrə yox, xal lazımdı - MÜSAHİBƏ

İdman

7-10-2022, 21:0

Volff: “Bu mövsüm bizə bir neçə ağır dərs verdi”

İdman

20-09-2023, 21:0

“Red Bull”un və Ferstappenin qələbə seriyası qırıldı

İdman

30-03-2022, 18:0

Dünya çempionu cari mövsümdə ilk qələbəsini qazandı

İdman

8-09-2023, 20:0

Ferstappen: “Saynsı səhvə məcbur etmək lazım gəldi”

İdman

21-06-2023, 21:0

Ferstappen Sennaya, “Red Bull” 100-ə çatdı!

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Bu gün, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Bu gün, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Bu gün, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Bu gün, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Bu gün, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Bu gün, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Bu gün, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Bu gün, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Bu gün, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Bu gün, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Bu gün, 16:33
    Milli komandaya qayıtdı
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə