• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Məmmədov: “Zirə” ilə qorxaq oynamayacağıq” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

12-08-2023, 14:0

“Kəpəz” yeni mövsümə uğurlu başladı.

Gəncəlilər Misli premyer-liqasının ilk turunda evdə əzəli rəqibi “Neftçi”yə qalib gəldi – 1:0. Bu qələbə “sarı-göylər”in tərəfdarlarını həvəsləndirib. Ötən mövsüm elitanı tərk etməməyə görə sevinən bəzi azarkeşlər indi sevimli komandasını daha yüksək pillələrdə görmək istəyir. Reallıq odu ki, klubun nə heyəti, nə də büdcəsi arzulanan səviyyədə deyil. Tarixi zəfər isə xeyli futbol mütəxəssisi tərəfindən möcüzə kimi qiymətləndirilir. İndi “Kəpəz”i çox çətin mövsüm gözləyir. Həmçinin Gəncə təmsilçisi bu gün “Zirə” ilə gücünü sınayacaq.

Qeyd olunan və başqa məqamlar ilə bağlı azarkeşlərin marağını nəzərə alıb, “Kəpəz”in baş məşqçisi Azər Məmmədovla söhbət etdik. O, bir çox məsələyə aydınlıq gətirdi.

- “Sarı-göylər” evdə “ağ-qaralar”a güc gəldi. Müzakirələr həm mətbuatda, həm də sosial şəbəkələrdə hələ də davam edir. Kimisi deyir ki, bu mövsüm “Kəpəz”in geridönüşüdü, kimisi də qələbəni bəxtlə əlaqələndirir...
- Komandanın əziyyətinə kölgə salmaq düzgün olmaz. Oyunu izləyən hər kəs bilir ki, son dəqiqəyə qədər “vuruşduq”. Gəncəlilər üçün qələbə gözlənilməz deyildi. Yaxşı hazırlaşmışdıq. Futbolçular tapşırıqlarıma xarakter və əzmkarlıqlarını əlavə edib mübarizə apardılar. Bəxtə gəlincə, əlbəttə, bunun da rolu var. O mənada ki, performansımıza təsir edəcək hansısa bədbəxt hadisə yaşana bilərdi. Şükür Allaha, hər şey xoşbəxt sonluqla bitdi.

- Baş məşqçi kimi premyer-liqada debüt etdiz. İlk matçda məhz ölkənin flaqmanını məğlub etmək necə hissdi?
- Maraqlıdı... (gülür). Hər baş məşqçi istəyər ki, komandası meydandan qalib ayrılsın. Büdcəsi bizimkindən qat-qat artıq, futbolçuları istənilən cəhətdən daha üstün olan “Neftçi”ni məğlub etmək, təbii ki, xoş oldu. Digər tərəfdən “Kəpəz” də ilk 3 xalını qazandı. Zəfərin futbolçularda yaratdığı psixoloji vəziyyət də qiymətsizdi. Ümumiyyətlə, mövsümün ilk matçı digər bir neçə oyun üçün təməl rolu oynadığından sınaqdan üzüağ çıxmaq daha vacib amildi.

- Komandadan gözləntiləri artan azarkeşlər var. Deyirlər ki, ilk “5-lik” pis olmaz...
- Gəncənin futbol tarixi çoxuna bəllidi. “Kəpəz” çempion olmağa layiq komandadı. Əlimizdəki büdcə ilə, sadəcə, premyer-liqada qalmaq üçün çalışa bilərik. Təbii ki, qarşıda uzun mövsüm, cürbəcür macəralar bizi gözləyir. Bilmək olmaz, bəlkə daha yuxarı pillələrdə qərarlaşdıq. Elə nüanslar var ki, bilavasitə bizdən asılı deyil. Mən hələ büdcə çatışmazlığı üzündən komandamı arzuladığım kimi komplektləşdirə bilməmişəm. Xəyalımdakı gücə çatmaq üçün xeyli çatışmazlıq var. Həll edilib-edilməməsi isə sual altındadı.

- Sözlərinizdən hazırki futbolçulardan narazı olduğunuzu düşünə bilərik? Hansı çatışmazlıqlardan söhbət gedir?
- Əsla. Komandamdan razıyam. Əslində “Kəpəz” elə klubdu ki, imkanlar bundan pis olsa belə, uğur qazanmağa məcbursan. Şərəfli adı qorumaq üçün istənilən heyətlə yaxşı oyun göstərib qələbə qazanmalısan. Çatışmazlıqlara gəlincə, daha yaxşısı həmişə var. Mən xüsusilə hücumçu axtarışındayam. Ümumiyyətlə, sağ və sol cinahlarda da boşluqlar hiss olunur. Legionerlərlə birlikdə daha 5-6 futbolçu transfer etmək istəyirəm. Məhdud büdcə ilə ürəyincə olan oyunçu tapmaq çox çətindi. Gözləyirəm ki, yerli klublar futbolçularını icarəyə versin. Bu baş versə, ağlımda olanları dərhal heyətə cəlb etməyə çalışacam. Əcnəbilərlə iş isə dalana dirənib. Qane edən üçün büdcə uyğun deyil, uyğun olan qane etmir. Amma bunun bizə maneə olmasını istəmirəm. Axtarış sahəmi genişləndirmişəm ki, bəlkə hardasa hərtərəfli qane edəcək oyunçu tapım.

- “Neftçi” üzərindəki inamlı qələbədən sonra komandaya mükafat verildiyini eşitdik...
- Əslində hələ verilməyib. Amma qələbə qazandığımız üçün idarə heyətinin sədri İlqar Nadiri böyük məbləğdə vəsait vəd edib. Sizin vasitənizlə ona təşəkkür edirəm. Büdcəmizin az olmasına baxmayaraq, komandaya daim diqqət yetirilməsi xoşagələn haldı. Hətta mükafat klubun maddi gücü ilə nisbətdə daha çoxdu.

- Qarşıda “Zirə” ilə matç var. Qəsəbə təmsilçisi son çempion “Qarabağ”ı məğlub etdi. Qaliblərin duelindən gözləntiləriniz necədi?
- “Zirə” çox güclüdü. Formalaşmış heyəti, yaxşı büdcəsi var. Rəşad bəy yaxşı komanda qurub. Çətin olacaq. Amma heç yerdə görünməyib ki, rəqib güclüdü deyə “Kəpəz” təslim olsun. Son ana qədər inamı itirmədən mübarizə aparacağıq. Oyuna ciddi hazırlaşırıq. Futbolçularım da istədiyim səviyyəyə çatmaq üzrədi. Məncə, baxımlı oyun olacaq. Qorxaq oynamayacağıq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Aktual / Ölkə futbolu

27-06-2023, 13:0

"Kəpəz" millinin üzvü ilə maraqlanır - ÖZƏL

Premyer-liqa

6-10-2022, 12:0

"Kəpəz" Gəncədə hazırlaşır

Premyer-liqa / Manşet

11-07-2022, 16:0

Yaşar Vahabzadə istədi, rəhbərlik legioner axtarışına başladı

Premyer-liqa / Manşet

6-06-2023, 20:0

Yaşar Vahabzadə yenidən “Kəpəz”də - ÖZƏL

Premyer-liqa

2-02-2023, 15:0

Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 203
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 163
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə