Bütün klublar indidən premyer-liqanın 2023/24 mövsümünün hazırlığına başlayıb.
“Kəpəz”də isə durğunluqdu. Futbolçular düşərgəni tərk edir, baş məşqçisi Tərlan Əhmədovla bağlı qərar verilməyib.
Gəncə təmsilçisi ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Komandanın sabiq baş məşqçisi Yaşar Vahabzadə yenidən “Kəpəz”ə qayıdır. Mütəxəssis bu dəfə özünü fərqli vəzifədə sınayacaq. O, “sarı-göylər”in akademiyasının rəhbəri olacaq.
İLKİN SULTANLI