• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İnkişaf budu? - KÖŞƏ

Manşet / Yazarlar

31-07-2023, 14:0

Mövsümlərarası dövr sona çatır, artıq komandaların “sifət cizgilərinin” nə dərəcədə dəyişməsi ilə bağlı müəyyən ilkin informasiya var deyə, bəzi mütəxəssislər, eləcə də həmkarlarım qarşıdakı mövsümdə müstəqillik tarixinin ən maraqlı çempionatını izləyə biləcəyimizlə bağlı nikbin fikirlər səsləndirir.

Deyəsən, ölkə çempionatının bir neçə gün əvvəl keçirilən püşkatma mərasimində də bu məqam müzakirə mövzusu olmuşdu. Təbii ki, hər kəs fikir söyləməkdə sərbəstdi, xüsusən də futbol mövzusunda. Bildiyimə görə, bu ölkədə belə fikirlərə görə indiyə qədər nə məhkəməyə çəkilən olub, nə də cərimələnən.

Amma ölkədə illərdi formalaşan belə qənaət də var ki, klubların real gücünü göstərən “lakmus kağızı” avrokuboklardakı nəticələrdi. Nə gizlədim, hətta bəndəniz mövsüm sona yaxınlaşanda komandaların avrokuboklara vəsiqə qazanmaq perspektivinə də daha çox “Avropadan nə ilə dönəcəklər” müstəvisində baxır. Axı söhbət ümumi əmsal daxılına atılan qəpiklərdən gedir və bir klub (oxu: “Qarabağ”) hər nə qədər güclü olur-olsun, ölkə futbolunun bütün yükünü çiyinlərində daşıya bilməz.

O başqa məsələ ki, “Qarabağ” özü belə əvvəlki qədər nəhəng görünmür. İnanmırsızsa, məhlə turnirlərindən kənara çıxmayan məndən fərqli daha üst səviyyələrdə futbol oynayan Yakub Jezniçakın fikirlərinə baxaq:

“Qarabağ” bir il əvvəlkindən zəifdi, “Rakuv”la, demək olar ki, eyni gücdədi. Komanda çox dəyişib. Birlikdə oynadığım futbolçuların çoxu gedib. Komandaların şanslarını bərabər görürəm”.


“Qarabağ”ın yaxşıya, yoxsa pisə doğru dəyişdiyini çərşənbə günü – “Rakuv”la oyunda gördük. Bir məqamı özümüz üçün aydınlaşdıraq: epizodlarla və ya müəyyən zaman kəsiyində güclü oynamaqla Çempionlar Liqasının qrupuna düşmək çox çətin olacaq! Əslində klub rəhbərliyinin Qurban Qurbanovun və yetirmələrinin qarşısına belə bir hədəf qoyduğuna şübhə edirəm. Çünki gerçəkləşən transferlər, bura gələn oyunçuların səviyyəsi göstərilən hədəfə boylanmaq üçün əlyeri qoymur. Hələ mən onu demirəm ki, qapıda Şahruddin Məhəmmədəliyev kimi hər an partlaya biləcək bomba var. Son iki gündə bütün ölkə ondan danışır, mən nə əlavə edə bilərəm ki... Sadəcə, Şahruddin mövzusunun üstündən bircə kəlmə ilə keçəcəm: Qurban bəy, mən sizi bu məsələdə anlaya bilmirəm!

Hə, harda qalmışdıq?.. Orda qalmışdıq ki, yığması da bədbəxt gündə olan Azərbaycanın futbolunun indikatoru avrokubok oyunlarıdı. Nə gördük? Yalnız və yalnız “Sabah”ın faktiki növbəti mərhələyə vəsiqə qazanmasını. Oyunun axarına uyğun olmasa da (bunu səmimi şəkildə etiraf etmək lazımdı!), 2:0 çox rahat hesabdı, indi, sadəcə, cavab görüşündə sensasiyaya imkan vermirsən və gəl, “Partizan”ım, gəl!

“Qarabağ”la bağlı az əvvəl danışdıq, 2:2 yaxşı idi, 2:3 pisdi, indi evdə mütləq qələbə qazanmaq lazımdı, özü də mümkünsə, iki top fərqi ilə, çünki bir top fərqli qələbə Şahruddinin qoruyacağı qapıya penaltilərin vurulması deməkdi. Belə perspektivi qətiyyən təsəvvür etmək istəmirəm.
“Neftçi” sərfəli hesabla qayıdır. Hərçənd oyunu heç də ümid vermədi. Müdafiə xətti əvvəlkindən bir qədər güclü görünür, amma yenə də rəqibə yetərincə qol imkanı qazandırırlar. Ekran arxasından gördüyüm ümumi mənzərə belə oldu: Adrian Mutu “Neftçi”nin ənənəvi, qısa ötürmələrə əsaslanan, kombinasiyalı oyun üslubunu qaytarmağa çalışır, amma əlinin altındakı futbolçular onun təklif etdiyi sürətə uyğunlaşa bilmirlər, ötürmə anında driblinqə meyillənirlər, uzaqdan zərbə vurmaq əvəzinə az qala topla qapıya girməyə çalışırlar və s. və i.a. İstənilən halda bu rəqibi keçmək “Neftçi”nin boynunun borcudu, keçməmək, sadəcə, faciə olacaq. “Jelezniçar”ı keçək, ondan sonra “Beşiktaş” – “Tirana” cütünün qalibi ilə maraqlanarıq.

Və “Qəbələ”... Kuboku qazanandan sonra az qala tam yenilənən bir komandanın “Omoniya” kimi zəngin ənənələrə malik rəqibi sıradan çıxarması möcüzə olardı. Amma ilk oyunun nəticəsi də göstərdi ki, biz tərəflərdə belə möcüzələr tez-tez yaşanmır. Məncə, “Qəbələ”nin yeganə şansı elə bu oyun idi. Evdə qələbə qazanmaq mümkün olsaydı, bunun hesabına səfərdə daha inamlı görünmək, bəxtin də sayəsində tur adlamaqla bağlı düşünmək olardı. Qapını Atanqana qoruyursa, Murad Musayev uşaq səhvinə yol verirsə, bundan artığına ümid edə bilməzsən. Yeri gəlmişkən, bizimkilərin qapıçı seçimi ayrıca bir yazı da yox, elmi iş mövzusudu. Şahruddinin açdığı cığırla Atanqana və Brkiç də “irəlilədi”. Avropada uğur qazanmaq istəyən hər detalı yüz ölçməli, bir biçməlidi. Elə qapıçının kimliyi üzərində də çox düşünmək lazımdı. Hansısa müdrik deyib ki, qapıçı komandanın yarısıdı. Bizim o üç qapıçı isə komandanın yarısı yox, üz qarası oldu!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-05-2022, 20:0

Ukrayna çempionatı Türkiyədə keçiriləcək?

Manşet / Yazarlar

14-05-2022, 10:0

Avrokubok mübarizəsi: son iki yerə üç namizəd! - TƏHLİL

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 216
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 194
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə