• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avrokubok mübarizəsi: son iki yerə üç namizəd! - TƏHLİL

Manşet / Yazarlar

14-05-2022, 10:0

Azərbaycan premyer-liqasının 2021/22 mövsümü başa çatmaq üzrədi.

Artıq sona 2 tur qalıb. Demək olar ki, mövsümlə bağlı çox şeyə aydınlıq gəlib. “Qarabağ” çempionluğu, “Neftçi” isə gümüş medalları təmin edib. Dəqiqləşməyən iki məqam var: bürünc medalların sahibi və avrokuboklara vəsiqə qazanan 4-cü klubun kimliyi. Hər iki yer uğrunda 3 komanda arasında gərgin mübarizə gedir. “Zirə”, “Qəbələ” və “Sabah” iddiaçılardı. Elə isə kimin daha şanslı olduğunu araşdıraq.

Ən şanslı “Zirə”di
Rəşad Sadıqovun komandası cari mövsümə iddialı başlasa da, sonradan bəzi çatışmayan nüanslar oldu. Buna baxmayaraq, “Zirə” bu mübarizədə daha şanslıdı. Gəlin bunu əyani şəkildə izah edək. “Qartallar”in qarşıda 2 oyunu var. 27-ci turda “Neftçi”, son həftədə isə “Şamaxı” rəqib olacaq. “Zirə” bu iki görüşdə 2 xal qazansa, avrokuboklara vəsiqəni təmin edəcək. Nə üçün “Zirə” əsas namizəddi? Rəşad Sadıqovun komandası son 2 matçı doğma meydanda keçirəcək. “Neftçi” ilə görüşdə büdrəsə də, “Şamaxı”nı doğma meydanda məğlub edə biləcək potensialdadı. Bundan əlavə, qəsəbə təmsilçisi Azərbaycan kubokunun finalında “Qarabağ”la qarşılaşacaq. Nə qədər gözlənilməz olsa da, “Zirə” bu görüşdə qələbə qazana bilər. Bunun sayəsində Konfrans Liqasında mübarizə apara bilər. Göründüyü kimi, “Zirə” qarşıdakı 3 görüşdən yalnız 1-də qələbə qazansa, missiyasını yerinə yetirəcək. Əsas rəqiblərin son turda bir-biri ilə qarşılaşacağını da nəzərə alsaq, “qartallar”ın bu işin öhdəsindən gələcəyinə inam böyükdü.

Ən rahat təqvim “Qəbələ”dədi
Elmar Baxşıyevin komandası ardıcıl məğlubiyyətlərdən sonra özünə gəlməyi bacardı. “Qırmızı-qaralar” son 2 görüşdə iddialı rəqibləri üstələdi. Doğma meydanda “Neftçi” üzərində qələbə gözlənilən idisə, səfərdə “Zirə”nin qapısından 3 cavabsız topun keçirilməsi sürpriz oldu. Məhz bu nəticələr “qırmızı-qaralar”ın mövsüm ərzindəki əziyyətinin nəticə verməsinə səbəb ola bilər. Belə ki, “Qəbələ” bu həftə “Şamaxı”nın qonağı olacaq. Elmar Baxşıyevin komandası bu görüşdə mütləq qələbə qazanmalıdı. Bu, “radarlar” üçün minimum hədəfdi. Bölgə təmsilçisi son turda isə əsas rəqibi “Sabah”la görüşəcək. Təbii ki, bu qarşılaşmada meydan sahiblərinin əsas üstünlüyü azarkeş amili olacaq. “Qəbələ”nin 2 xal öndə olması da Baxşıyevin işini asanlaşdırır. “Qırmızı-qaralar” son görüşdə heç-heçə etsə də, avrokuboklara vəsiqə qazanacaq. Dediyimiz kimi, bunun üçün “Şamaxı”nı səfərdə məğlub etmək vacibdi.

“Sabah”ın işi çətin görünür
Hazırda ən pis durumda olan “Sabah”dı. Murad Musayevin rəhbərliyi altında özünü yaxşı tərəfdən göstərən komanda, təbii ki, mövsümün əvvəlindəki uğursuzluğun əziyyətini çəkir. “Bayquşlar”ın avrokubok xəyalı özündən daha çox rəqiblərindən asılıdı. Bu tur “Sumqayıt”ı qonaq edəcək komanda növbəti həftə Qəbələ səfərinə çıxacaq. Bölgə təmsilçisi bu yolda bakılıların əsas rəqibidi. Musayevin komandası “kimyaçılar”ı əliboş yola salandan sonra “Qəbələ” səddini də keçməlidi. Yalnız belədə “tələbələr” tarixində ilk dəfə avrokubok həyəcanı yaşaya biləcək.
Görünən budu ki, qarşıdakı 2 turda bizi maraqlı mübarizə gözləyir. İstənilən halda hər şey komandaların özündən asılıdı. Amma ümumi mənzərəyə nəzər yetirərək, avrokuboklara vəsiqə qazanmaq şansını belə müəyyənləşdirmək olar:

“Zirə” – 50 faiz
“Qəbələ” - 30 faiz
“Sabah” – 20 faiz


Sonda bunu da qeyd edək ki, komandaların uğurları futbolçuların çıxışından və dözümlülüyündən asılıdı. Sözsüz, bu məsələdə “Sabah” daha üstündü. “Bayquşlar”ın yetərincə geniş və güclü heyəti var. Murad Musayevin gəlişindən sonra komandanın yüksəlişi aşkar hiss olunur. Zədə amili də nəticələrə təsir edə bilər. Hər üç komandanın heyətində vacib oyunçuların sıradan çıxması qaçılmazdı. Bundan ən çox əziyyət çəkən isə “Qəbələ”di. Bölgə klubu mövsüm ərzində, demək olar, tam heyətlə oyunlarda iştirak edə bilməyib.

Hakim qərarlarını da unutmaq olmaz. Referilər səhv qərarlarla nəticəyə təsir edə bilər. Buna mövsüm ərzində dəfələrlə şahid olmuşuq. Komandaları narahat edən məqamlardan biri də məhz budu.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

17-05-2022, 21:0

Mahmud Qurbanov da “Zirə” dedi, Rəşad Sadiqov da

Premyer-liqa / Manşet

13-05-2022, 23:0

Aslan Kərimov "Sabah"ı "Qəbələ"dən bir addım öndə hesab edir - AÇIQLAMA

Premyer-liqa / Manşet

13-05-2022, 22:0

Şahin Diniyev: "Sabah" ilə "Qəbələ" haqda nəsə demək çox çətindi" - AÇIQLAMA

Ölkə futbolu / Manşet

12-04-2022, 13:0

“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 198
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə