Türkiyə superliqasında 36-cı turun oyunları keçirilib.
“Football-plus.az” xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Beşiktaş”la qarşılaşıb - 3:3. “Ağ-yaşıllar”ın 2-ci qolunu həmyerlimiz vurub.
Emreli görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, ikinci yarının startında meydana daxil olub və 47-ci dəqiqədə fərqlənib.