Emreli oynadı, komandası uduzdu

30.05.2023 23:21 224
Ölkə futbolu
Türkiyə superliqasında 35-ci turun oyunları keçirilib.


“Football-plus.az” xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Konyaspor” da növbəti matçına çıxıb. Komanda səfərdə “Sivasspor”la qarşılaşıb - 0:1.

Həmyerlimiz görüşə start heyətində başlayıb. O, 46-cı dəqiqədə əvəzlənib. Emrelinin komandası 7-ci pillədədi.