Emreli fərqləndi, komandası məğlub oldu

19.04.2023 23:34 245
Ölkə futbolu / Manşet
Türkiyə superliqasının 29-cu turunun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, "Konyaspor" "Adana Demirspor"la qarşılaşıb. Millimizin üzvü Mahir Emreli görüşə start heyətində çıxıb. O, 40-cı dəqiqədə “ağ-yaşıllar”ın bərabərlik topunu vurub. Lakin konyalılar 1:2 hesabı ilə məğlub olub.

Həmyerlimiz matçın 60-cı dəqiqəsində əvəzlənib.