Türkiyə superliqasında 31-ci turun matçları keçirilir.
"Football-plus.az" xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" da növbəti görüşünü keçirib. Onun komandası "Kasımpaşa" ilə qarşılaşıb. "Ağ-yaşıllar" 2:1 hesablı qələbə qazanıb.
Həmyerlimiz matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana çıxıb.