• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İbrahimoviç: “Öz-özümə dedim ki, hətta gedişimə Tanrı da məyusdu”

Dünya futbolu

7-06-2023, 13:0

Zlatan İbrahimoviç çoxdan gözlənilən qərarı verib.

"Football-plus.az" xəbər verir ki, o, peşəkar futbolçu karyerasına 41 yaşında son qoymağı lazım bilib.

“Milan” rəhbərliyi artıq sona çatan mövsümdə zədə üzündən İtaliya çempionatında yalnız 4 dəfə meydana çıxan və 1 qol vuran hücumçu ilə müqaviləni yeniləməmək qərarına gəlmişdi. Görünür, bunu nəzərə alan isveçli futbolçu yayda başqa kluba keçməyi zəruri saymayıb. “Verona” ilə oyundan (3:1) sonra onun şərəfinə mərasim keçirilib. Zlatan tədbirdə “artıq “vidalaşaq” deməyin məqamı gəlib. Futbolla vidalaşmağın məqamı yetişib” deməklə uzunmüddətli və titullarla zəngin futbolçu həyatına son qoyduğunu bəyan edib. Azarkeşlərin vida nitqindən sonra onu gurultulu alqışlara qərq etməsindən çox təsirlənən İbrahimoviç göz yaşlarını saxlaya bilməyib.

Matçdan sonra keçirilən mətbuat konfransında bir çox məqamlara toxunmaq şansı olan hücumçu qərarını belə izah edib:

“Sabahdan sərbəst adam olacağam. Sabah həyatımın yeni mərhələsi başlayacaq. Belə uzunmüddətli karyeraya malik olmağımla fəxr edirəm. Bu səhər yuxudan ayılanda yağış yağırdı. Öz-özümə dedim ki, hətta gedişimə Tanrı da məyusdu. Qərarı on gün əvvəl vermişdim. Bu qərarı hətta sonuncu dəfə meydana çıxmaq şansımın olmadığını bilərək qəbul etmişdim (o, sonuncu dəfə rəsmi oyunda mart ayında çıxış edib – red.). Bu gün yaşadığım anlar çox gözəl idi, həmin anları həyatım boyunca unutmayacağam. Bundan sonra maşınım Milanelloya (klubun bazası – red.) mənsiz gedəcək. Başqa marşrutlar axtarmalı olacağıq...”


Dünya şöhrətli futbolçu karyerasını başa vurandan sonrakı həyatı ilə bağlı sualı belə cavablayıb:

“Mənim gələcəyim? İndi, sadəcə, hazırkı andan məmnunluq hissi keçirmək istəyirəm. Növbəti qərarımı verməyə tələsməyəcəm, hər şey haqqında ətraflı düşünməliyəm. Hər yanın sakitləşəcəyi məqamı gözləyəcəyəm. İndi emosiyaların ağuşundayam... Futbolu birdəfəlik tərk edəcəyimi düşünmürəm. Baxarıq, görək bu sahədə hansı rolda qalacağam”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-05-2023, 20:0

İbrahimoviç “Milan”ı hansı kluba dəyişəcək?

Dünya futbolu

19-03-2023, 12:0

İbrahimoviçdən yeni uğur

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə