İbrahimoviçdən yeni uğur

19.03.2023 12:21 275
Dünya futbolu
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç daha bir uğura imza atıb.

"Football-plus.az" xəbər verir ki, o, İtaliya çempionatının 27-ci turunun “Udineze” ilə matçında (1:3) penaltidən qol vurub. İbrahimoviç 41 yaş 166 günlüyündə fərqlənib. İsveçli bununla da, A seriyasında qol vuran ən yaşlı futbolçu adına yiyələnib.