Zlatan İbrahimoviç böyük ehtimalla mövsümün sonunda “Milan”ı tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, onun “Montsa”ya keçmək şansı var. Bu barədə insayder Nikolo Skira məlumat verib. O, “Milan” rəhbərliyinin isveçli hücumçunun gələcəyi ilə bağlı hələ yekun qərar vermədiyini bildirib. Klub İbrahimoviçlə müqaviləni yeniləməmək qərarına gəlsə, “Montsa” onu sıralarına qatmağa çalışacaq.
Qeyd edək ki, 41 yaşlı Zlatan bu mövsüm zədə səbəbindən “Milan”ın heyətində 4 oyun keçirib və 1 qol vurub.