• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barış Şimşək də şimşək çaxa-çaxa Stuxlikin “ənənəsini” davam etdirir”

Dünya futbolu

8-05-2023, 23:0

Misli premyer-liqasının 32-ci turu kobud hakim səhvləriylə yadda qaldı.

Xüsusilə "Zirə" - "Turan Tovuz" və "Kəpəz" - "Sumqayıt" qarşılaşmalarında biabırçı olaylar yaşandı. Ümumiyətlə, VAR-ın tətbiqindən sonra ədalət təmsilçiləri bu texnologiyadan asılı vəziyyətə düşüb. Bu və başqa məsələlərlə bağlı Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovla danışdıq.

- Mövsümün bitməsinə az qalıb. Hakimliyi necə qiymətləndirirsiz?
- Hakimlərimiz mövsümə necə başladısa, elə də davam edir. Hazırlıq səviyyələri aşağı, idarəçilikləri bərbaddı, obyektivlik və ədalət prinsipi yoxdu. Bunun 1-ci səbəbi odu ki, mövsümün startına qədər toplanış keçmədilər. Hakimlər Komitəsi bu işdə əsas məsuliyyət daşıyır. Barış Şimşək Hakimlər Komitəsinə yeni təyinat alanda onu tənqid etmədim. Baxmayaraq ki, ilk günlərdən səriştəsizliyi ilə seçildi. Ən əsası da yuxarıda qeyd etdiyim hakimlərin toplanışıyla bağlı işlərin aparılmamasına görə. Dedim, hələ yenidi, hakimləri, çempionatı tanımır. Ən azı qışa kimi bu insan müşahidəçi olmalıdı. Amma çempionat artıq sona yaxınlaşır. Nə Hakimlər Komitəsinin uğurlu fəaliyyətini, nə də meydanda hakimlərin keyfiyyətli idarəçiliyini görürük. Referilər oyunlarda çoxlu metodiki və elementar səhvlərə yol verir. Deməli, onlar çempionata hazır deyil.

- Son oyunlardakı bərbad idarəçiliyin səbəbi nədi?
- Tək son oyunlarda yox, ümumiyyətlə, çempionatın startından hər tur kobud səhlərlə göz oxşayır. 32-ci tur isə konkret fiasko idi. 5 qarşılaşmanın hər birində kobud hakim səhvləri, gərəksiz və hədsiz VAR-a müraciətlər, oyun vaxtının “sığortalanmasında” ədalətsizlik və saymaqla bitməyən başqa qeyri-peşəkarlıqlar. Əsas günahkar Hakimlər Komitəsi, onların səhlənkarlığıdı. Kobud səhvlərə yol verən referilər nəinki cəzalandırılır, əksinə, onların əməlləri ört-basdır olunur, növbəti təyinatlar alırlar. Məsələn, Tural Qurbanov "Kəpəz"in oyunlarında səhvlər etsə də, yenə də Gəncə təmsilçisinin matçlarında baş hakim və ya VAR hakimi kimi yer alır. Hər dəfə də "sarı-göylər"ə qarşı qərəzli qərarlar verir. Elə son turdakı "Kəpəz" - "Sumqayıt" matçında da meydanda ədalətsizliyi ilə diqqət çəkdi. "Sarı-göylər"in “təmiz” qolunu hesaba almayıb, rəqibin ofsayddan vurduğu qolu təsdiqlədi. "Zirə" - "Turan Tovuz" oyunu da kobud səhvlərlə diqqəti çəkdi. Hər iki komandanın “təmiz” penaltisi verilmədi, qaydalar çərçivəsində vurulan qollar qeydə alınmadı. Barış Şimşək son açıqlamasında qeyd edir ki, Tural Qurbanovun səhvlərin üzündən gecə yata bilməmişəm. Adama demək lazımdı ki, rahat yatmaq üçün hakim təyinatlarını düzgün etmək, zəif, qərəzli idarəçiliyə yol verənlər barədə vaxtında tədbir görmək lazımdı. Qısası, çempionatda gərginlik artdıqca, hakimlərin hazırlıqsızlığı və qeyri-peşəkarlığı ön plana çıxır. Sonra da məşqçiləri, o cümlədən Murad Musayevi hakimlərə qarşı aqressivlikdə, Rəşad Sadıqovu isə müxaliflikdə ittiham edirik. Məşqçiləri özlərindən çıxaran hakimlərin bərbad idarəçiliyidi. 4-cü hakimlərin əksərinin, ümumiyyətlə, məşqçilər korpusu və kapitanlar ilə ünsiyyət bacarığı və mədəniyyəti yoxdu. Yaxınlaşıb söz soruşan kimi dərhal “sarı” verdirirlər. Gəlin, top-liqalardakı oyunlara baxaq. Orda da baş məşqçilər matçın gedişində çılğınlaşır, bəzən onlar üçün təyin olunan zonanı da aşıb keçirlər. Amma buna görə referi dərhal əlini cibinə atmır. 4-cü hakimlər belə hallarda özünü göstərir. Ya baş məşqçini sakitləşdirir, ya da ona şifahi xəbərdarlıq edir. Ümumiyyətlə, oyunlara gənc referilər təyinat alırsa, laysmanlar və VAR-da əyləşənlər mütləq təcrübəli olmalıdı.

- Rəşad Sadıqovun ən çox narazı qaldığı hakim Nicat İsmayıllıdı. Millinin sabiq kapitanı onu "Zirə"yə münasibətdə qərəzdə ittiham edir. İsmayıllı haqda nə deyə bilərsiz?
- Nicat İsmayıllının hakimliyindən, ümumiyyətlə, danışmaq olmaz. Bilmirəm, necə gəlib referi olub? Adamın hakimlik qaydalarından xəbərinin olmaması bir kənara, heç haqlı iradı da qəbul etmir. Odu ki, Rəşad Sadıov dediklərində haqlıdı. Ümumiyyətlə, istər Rəşad Sadıqovun, istər Murad Musayevin, istərsə də başqa məşqçilərin hakimliklə bağlı etirazlarını haqlı sayıram.

- VAR-a hədsiz müraciət nə dərəcədə doğrudu?
- Yeni sistemin tətbiqi nəticəsində inanırdıq ki, hakim idarəçiliyi daha da peşəkarlaşar və səhvlər maksimum azalar. Amma əksi baş verdi. Bizdə hər lazımsız epizod, aşkar qayda pozuntuları zamanı da dərhal VAR-a qaçırlar. Məsələn, "Neftçi" - "Qarabağ" oyununda Ramil Şeydayev qaydalar çərçivəsində qol vurdu. Amma hakim epizoda yaxın olmasına rəğmən, təxminən 4 dəqiqə VAR-da incələmə apardı. Niyə? Həmçinin referi haqlı olaraq penalti təyin edir, amma VAR-dan siqnal gəlir ki, mübahisəlidi. Necə edirlərsə, VAR-a baxan referi haqlı qərarını dəyişir. Yəni hər epizodda yeni sistemə müraciət etmək, özü də dəqiqələrlə baxmaq düzgün deyil. Həm məşqçilərin, həm də azarkeşlərin VAR-a etibarı azalıb. Həmçinin yeni sistemin çempionatımızda tərbiqi ilə referilərin səviyyəsi aşağı düşdü və oyunlarda keyfiyyətli idarəçilik görmədik.

- İtirilən dəqiqələrin “sığortalanmasında” da ədalətsizlik görürük. Burda əsas məsuliyyəti kim daşıyır?
- Bu da ayrıca dərddi. Demək olar, hər turda belə hal baş verir. "Zirə" - "Turan Tovuz", "Qəbələ" - "Səbail" oyunlarında dayanmalara, əvəzetmələra, tez-tez VAR-a müraciətlərə baxmayaraq, əsas vaxta az dəqiqə əlavə olundu. Buna görə birbaşa baş hakim məsuliyyət daşıyır.

- Cari mövsümdə üzə çıxan hakimlərdən kimlərin idarəçiliyini daha yaxşı hesab edirsiz?
- Cavid Cəlilovun adını çəkərdim. Premyer-liqa oyunlarına gec təyinat almasına rəğmən, özünü yaxşı tərəfdən göstərdi. Cavid qaydaların tətbiqində yaxşıdı, ədalətli, təmkinlidi. Özünə tənqidi yanaşır.

- Əliyar Ağayevin hələ də Avropanın elit hakimləri sırasına daxil ola bilməməsinin səbəbi nədi?
- Bunun əsas və yeganə səbəbkarı Frits Stuxlikdi. Məhz onun dönəmində Əliyara çox basqı oldu. Azərbaycanın 1 nömrəli hakimini gözü götürmüdü. Bilmirəm, bu paxıllıqdan irəli gəlirdi, yoxsa AFFA-dan kiminsə sifarişi idi. Amma bu dəqiqdi ki, Əliyarla ulduzu barışmadı. Hətta Əliyarın qarşısını almaq üçün Elçin Məsiyev kimi ondan qat-qat savadsız, təcrübəsiz birini önə çıxararaq FİFA referisi etdi, irəli çəkdirdi. Belə bir şey eşitmişdim, sonralar saytların birində də bunu oxudum. Stuxlik Əliyarın təyinat aldığı oyunlardakı xırda səhvlərinin hamısını video halında cəmləşdirib UEFA-ya göndərib ki, bu hakim çoxlu səhvlər edir. Məhz buna görə elit hakimlər sırasına qoşulmağın astanasında onun qarşısına səd çəkildi. Qısası, Əliyarın 4 illik zəhməti hədər oldu. Biz hansısa əcnəbinin əliylə hakimlərimizi geri çəkirik. Özbəkistanda parlayan Ravşan İrmatovun isə FİFA referisi olandan sonra daha da irəli getməsində mərhum prezident İslam Kərimovun xüsusi xidmətləri oldu. Ölkə başçısı özbək hakimin məşhurlaşması üçün bütün gücünü səfərbər etdi.

- Sizcə, Hakimlər Komitəsinə yerli mütəxəssis rəhbərlik etməlidi?
- Birmənalı şəkildə bəli. Əvvəla ona görə ki, istənilən əcnəbi mütəxəssisə yerli mentallığı, xalqımızın etnopsixologiyasını, ölkə çempionatını mənimsəmək üçün xeyli vaxt lazımdı. İkincisi, özümüzdə kifayət qədər savadlı, bacarıqlı hakimlər ola-ola, niyə kənardan mütəxəssis gətirməliyik?! Üçüncüsü, bu vaxta kimi, demək olar ki, əksər ölkələrin futbol qurumunda Hakimlər Komitəsinə rəhbər gətirilən əcnəbilər özlərini doğrultmayıb. Pyerluici Kollina 7 il Ukraynada, Roberto Rozetti isə əvvəlcə Rusiyada, sonra Türkiyədə Hakimlər Komitəsinə rəhbərlik etdi. Amma onların dönəmində adı çəkilən ölkələrdən elit hakimlər cərgəsinə qoşulan olmadı. Belə nümunələri çox çəkə bilərəm. Mən də daxil olmaqla, yerli mütəxəssislər Hakimlər Komitəsinə rəhbərlik edərkən hakimlik daha üstün idi. İldə iki dəfə hakimlərin normal təlim-məşq toplanışını keçirərdik, tez-tez xaricə seminarlara, təlimlərə göndərərdik. Mən Hakimlər Komitəsinə rəhbərlik edəndə 23 FİFA referimiz vardısa, Stuklixin vaxtında onların sayı 13-14-ə düşdü. Əksəriyyəti də işində səriştəsiz. İstənilən kəs yerli mütəxəssislərlə əcnəbilərin Hakimlər Komitəsinə rəhbərliyi zamanı gördükləri işi və nəticələri müqayisə edə bilər.

- Sizə elə gəlmir ki, Barış Şimşək Frits Stuxlikə şükür etdirəcək?
- Stuxlik 4 il Azərbaycan hakimliyini bərbad günə qoydu. Barış Şimşək də şimşək çaxa-çaxa onun “ənənəsini” davam etdirir. Artıq bir ildi adam Hakimlər Komitəsinə rəhbərlik edir, amma ortada tənəzzüldən başqa heç nə yoxdu. Hələ də başa düşə bilmirəm ki, Barış Şimşək Hakimlər Komitəsinin sədridi, yoxsa hakim-inspektor? Onu sədr vəzifəsindən çox oyunlarda hakim-inspektor kimi görsək də, hər turda hakim səhvləri artır ki, azalmır. Görünür, oyunlara təyinatında əsas maraq pul qazanmaqdı.

- “Hakimlər Komitəsində yerli mütəxəssilər oımalıdı” dediz. Ölkənin əsas komandasının “sükanı arxasında” da yerli məşqçi olmalıdı?
- Necə ki Hakimlər Komitəsində əcnəbilər var, amma inkişaf yoxdu, həmin ssenari millimizdə də yaşanır. Yığmada yerli məşqçilər yer almalıdı. Tərlan Əhmədovun gəlişindən sonrakı "Kəpəz"ə nəzər yetirək. Komandanı 0 xalla təhvil almışdı. Amma hazırda Gəncə təmsilçisi 29 xalla 7-ci pillədədi. Hələ Tərlan Əhmədov bu nəticəni klubdaxili intriqalar, təzyiqlər fonunda qazanıb. Bizə millidə nəticə verən baş məşqçilər lazımdı. Şəxsi fikrimi deyirəm ki, bu gün Tərlan Əhmədov Azərbaycan yığmasının baş məşqçi postuna 1 nömrəli namizəddi.

- İcraiyyə Komitəsinin qərarına əsasən premyer-liqanın sonuncusu elitanı tərk edəcək, diviziondan isə bir komanda qalxacaq. Bu haqda hansı fikirdəsiz?
- Mən də idman prinsipinin qorunmasının tərəfdarıyam. Amma bu prinsip ölkə futbolunun bütün sahələrinə şamil olunmalıdı. Bu gün sonuncu elitanı tərk edib, yerini divizionun qalibi olan, amma premyer-liqa səviyyəsində mübarizəyə hazır olmayan komandaya verəcəksə, bunun futbolumuza heç bir faydası olmayacaq. Fikrimcə, güclü çempionat və futbolumuzun irəli getməsini istəyiriksə, komandaların sayını artırmalıyıq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-07-2022, 21:0

"Çoxları deyir ki, Barış Şimşək sırf VAR mütəxəssisi olduğu üçün irəli çəkilib"

Aktual / Manşet

15-07-2022, 13:0

AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Ölkə futbolu

16-07-2022, 20:0

AFFA-nın seçimi niyə Barış Şimşək olub? - AÇIQLAMA

Aktual / Manşet

16-07-2022, 12:0

Barış Şimşək kimdi? - DOSYE

Aktual / Manşet

23-08-2022, 17:0

Barış Şimşək “Qarabağ”ı diqqətli olmağa səslədi

Premyer-liqa

13-04-2023, 19:0

30-cu turun hakim təyinatları açıqlandı

Aktual
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
Son xəbərlər
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 495
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə