U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu

11.06.2026 18:27 24
Ölkə futbolu
17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/27 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, püşkatma mərasimində millilərimizin də rəqibləri müəyyənləşib.

B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq. B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında baş tutacaq. Oyunların keçiriləcəyi ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.