"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilə görüşmək arzusunda olan azarkeş üçün maraqlı anlar yaşanıb.
"Football-plus.az" xəbər verir ki, uzun müddətdi bu görüşü gözləyən fanat klubun bazasında qonaq edilib və ona komandanın forması təqdim olunub.
Daha sonra azarkeş baş məşqçi və futbolçularla görüşərək xatirə şəkilləri çəkdirib.