"Sabah" "Lill"dən vinger transfer etdi

11.06.2026 19:21 30
Ölkə futbolu
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisi Yunis Laçabı heyətinə qatıb. Vinger Fransa “Lill”indən birillik icarəyə götürülüb.

“Lill”in yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.

Xatırladaq ki, “Sabah” bu yay transfer pəncərəsində Eyden Makkartini (son klubu - "Kayzer Çifs", CAR) də heyətinə qatıb.