“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”

11.06.2026 20:53 43
Ölkə futbolu / Aktual
Mövsümə premyer-liqaya vəsiqə qazanmaq məqsədiylə başlasa da, hədəfə çata bilməyən “Mingəçevir” ətrafında çoxlu sual var. Ona görə ki, bölgə təmsilçisinin gələcəyi qaranlıq görünür. Klubda hökm sürən maliyyə problemi növbəti “futbol ili”ylə bağlı görüləcək işlərin yubanmasına səbəb olur. Hazırda sponsor ASTA ilə yola davam edib-etməyəcəyi də sual altındadı, heyətlə bağlı məsələlər də.

Bəs, bu yöndə işlər nə vaxt başlayacaq? Mövsümün yekunlarına həsr olunacağı gözlənilən iclas nə vaxt keçiriləcək?

Bu sualları klubun mətbuat xidmətinin rəhbəri Elnur Qasımova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Hələ klubdaxili iclas baş tutmayıb. Qarşıdakı 15 gün ərzində keçiriləcək. Hazırda klubda durğunluqdu”.

KƏNAN BAHADIR