"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen rekorda imza atıb.
"Football-plus.az" xəbər verir ki, o, bunu La Liqanın 32-ci turunun "Betis"lə oyununda (4:0) bacarıb. Qapısında qol görməyən qolkiper üçün bu, cari mövsümdə 24-cü quru oyun olub.
Ter Ştegen 2014-15 mövsümündə 23 qol buraxan Klaudio Bravonun rekordunu qırıb.