“Barselona” rəsmi saytı vasitəsilə qapıçı Mark-Andre ter Ştegenin komandanın 4-cü kapitanı təyin olunduğunu xəbər verib.
Football-plus.az xəbər verir ki, hazırda kataloniyalıların ilk üç kapitanı yarımmüdafiəçi Serxio Buskets, müdafiəçilər Serxi Roberto və Jordi Albadı. 4-cü kapitan Xerard Pike idi ki, o da ötən ay idman karyerasını bitirdi.
Ter Ştegen 2014-cü ildən bəri “Barselona”da çıxış edir. 30 yaşlı alman futbolçunun klubla müqaviləsinin müddəti 2025-ci il iyunun 30-na qədərdi. “Transfermarkt” ona 30 milyon avro qiymət qoyub.
Cari mövsümdə bütün turnirlərdə 19 oyunda “Barsa”nın qapısını qoruyan alman 15 qol buraxıb, 11 “quru” oyun keçirib.