"Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen rekorda imza atıb.
Football-plus.az xəbər verir ki, qolkiper buna La Liqanın 12-ci turunun "Valensiya" ilə matçında (1:0) nail olub. O, bu görüşdə də qapısını toxunulmaz saxlayıb. Beləcə, çempionatın ilk 12 turunun 10-da qol buraxmayıb. Ter Ştegen bunu bacaran ilk qapıçı adına yiyələnib.