• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərədə ağır cəzalanan futbolçular - SİYAHI

Maraqlı

14-04-2023, 21:0

İngiltərə futbol ictimaiyyəti bir neçə gündü Aleksandar Mitroviçə kəsilən ağır cəzanı müzakirə edir.

“Football-plus.az” xəbər verir ki, “Fulhem”in hücumçusu ölkə kubokunun 1/4 finalının “Mançester Yunayted”lə martın 19-da keçirilən matçının (1:3) 73-cü dəqiqəsində hakim Kris Kavananı itələdiyi üçün 8 oyunluq diskvalifikasiya edilib. Serb futbolçunu komandası hesabda öndə olarkən MY-nin xeyrinə təyin edilən penalti qərarı özündən çıxarmışdı.

“Old Trafford”da keçirilən oyunun 72-ci dəqiqəsində Aleksandarın qapıya yönələn topa əllə toxunan braziliyalı oyundaşı Villian və komandanın portuqaliyalı baş məşqçisi Marko Silva da qırmızı vərəqə almışdı.

Amma Mitroviç hakimin qərarına etirazını daha kəskin bildirmişdi. Nizam-İntizam Komitəsi (NİK) birbaşa “qırmızı”ya görə ona standart olaraq 3 oyunluq cəza kəsib. Matçın rəsmi nümayəndəsinə qarşı fiziki təcavüzə əl atması 28 yaşlı futbolçuya daha 3, təhqiramiz ifadə işlətməsi isə 2 oyunluq cəza “qazandırıb”.

Beləliklə, “Fulhem” bu mövsüm premyer-liqada 21 oyunda 11 qol vuran əsas bombardirindən uzun müddət yararlana bilməyəcək. Aleksandara 75 min funt sterlinq cərimə də kəsilib. O, mayın 13-dən tez meydana çıxmayacaq. Maraqlıdı ki, İngiltərə Futbol Assosiasiyası (İFA) NİK-in qərarının bir qədər yüngül olduğunu əsas gətirərək apellyasiya verəcəyini açıqlayıb. Yəni serbin cəzası daha da ağırlaşa bilər. O, istənilən halda İngiltərə futbolunda ağır cəzalan futbolçuların siyahısına düşüb. İndi Mitroviçdən əvvəl uzunmüddətli diskvalifikasiyaya layiq bilinən oyunçuları xatırlayacağıq.

Luis Suares
(10 oyun)

Bu mənada “dişli” ləqəbili ilə də tanınan Luis Suaresi necə yada salmamaq olar?! “Liverpul”un hücumçusu 2013-cü ilin aprelində keçirilən matçda “Çelsi”nin müdafiəçisi Branislav İvanoviçi dişləməklə hamını şoka salmışdı. Bu qeyri-adi hərəkətinə görə 10 oyunluq cəza aldı. Bir müddət sonra uruqvaylı futbolçu növbəti dəfə analoji epizodun yaradıcısı oldu. DÇ-2014-ün qrup mərhələsinin İtaliya ilə oyununda müdafiəçi Corco Kyellininin çiynini dişlədi. Maraqlıdı ki, meksikalı hakim Marko Rodriges buna görə Suaresə sarı vərəqə belə göstərmədi. Ancaq onda VAR sistemi tətbiq olunmasa da, videotəkrar Luisin “evini yıxdı”: FİFA “dişli”ni beynəlxalq turnirlərdə 9 oyunluq cəzaya məhkum etdi.

Paolo Di Kanio
(11 oyun)

Tez özündən çıxan Di Kanio “Şeffild Uensdey”də çıxış edərkən sərt cəzalandı. İtaliyalı hücumçu 1998-ci ilin sentyabrında keçirilən “Arsenal”la matçda hakim Pol Olkoku itələdiyi üçün özünü və komandasını pis vəziyyətdə qoydu. Paolo referinin ona qırmızı vərəqə göstərməsinə sərt reaksiya verdi.

Kelvin Endryu
(12 oyun)

“Roçdeyl”in hücumçusu 1-ci liqanın 2016-cı ilin oktyabrında keçirilən oyununda “Oldhem”in oyunçusu Piter Klarkı dirsəyi ilə vurdu. Hakim Endryunun bu hərəkətini görmədi. Lakin yerli futbol qurumu epizodu videoyazı əsasında dəyərləndirərək Kelvinə 12 oyunluq cəza kəsdi.

Vinni Cons
(6 ay)

Əvvəlcə futbolçu, sonra isə aktyor olan Cons ən ağır cəzanı heç də yaşıl meydandakı kobud hərəkətlərinə və “qanlı” sürüşmə fəndinə görə almadı. O, 1992-ci ildə futboldan 6 aylığa kənarlaşdırıldı. İFA-nın sanksiyasına Vinninin “Futbolun sərt oğlanları” qısametrajlı filmində çəkilməsi şərait yaratdı. “Çelsi”nin yarımmüdafiəçisi filmdə rəqib oyunçulara qarşı necə sərt mübarizə aparmasından danışırdı. Bunu “futbolu nüfuzdan salmaq” kimi dəyərləndirən İFA Consu 20 min funt sterlinq cərimələməyi də lazım bildi.

Coss Labadye
(6 ay)

Dişləməyi sevən daha bir oyunçu Labadye olub. O, 2014-cü ildə “Torki Yunayted”də çıxış edərkən Suaresdən də betər hərəkət etdi: “Çesterfild”lə matçda rəqibin iki oyunçusunu dişlədi. Buna görə 10 oyunluq diskvalifikasiya olundu və 2 min funt sterlinq cərimələndi. Bir ildən sonra isə 6 aylıq cəzadan qaça bilmədi. Bu sanksiya “Stiveneyc”in müdafiəçisini dişləri ilə qapdığı üçün qaçılmaz oldu.

Çarli Mitten
(6 ay)

İndiki dövrdə İngiltərəni Kolumbiyaya dəyişən futbolçunu təsəvvür etmək çox çətindi. Amma Mitten 1950-ci ildə məhz belə edib. O, “Mançester Yunayted”in Kolumbiya turnesi zamanı yerli “İndependyente”dən cəlbedici təklif aldı. Santa Fe klubu Çarliyə MY-də aldığından daha çox maaş ödəməyə hazır idi. İş elə gətirdi ki, “Yunayted”in oyunçusu kimi bir il Kolumbiyada top qovmalı oldu. Qeyd edək ki, o dövrdə Kolumbiya Futbol Federasiyası (KFF) FİFA-nın üzvü deyildi. Amma KFF ingilis futbolçu bu ölkəyə ayaq basandan sonra ali futbol təşkilatının sıralarına keçdi. Nəticədə “İndependyente” FİFA-nın qaydalarına uyğun hərəkət etməyə məcbur oldu. Mitten MY-yə qayıtdı, amma İngiltərədə 6 aylıq cəzadan qaça bilmədi. Üstəlik bu müddətdə maaşından məhrum olundu.

Adrian Mutu
(7 ay)

Rumıniya yığmasının hücumçusunun “Çelsi”dəki işləri ilk vaxtlardan yaxşı getmədi. London klubunun formasını yalnız 2003-04-cü illərdə geyə bildi. Ona görə ki, 2004-cü ilin noyabrında Mutunun dopinq testi müsbət nəticə verdi. Onun orqanizmində kokain aşkar edildi. İFA Adrianın 7 ay müddətində futbol oynamasına qadağa qoydu. Nəticədə “Çelsi” onunla müqaviləni pozdu. Rumıniyalı futbolçu 2005-ci ildə “Yuventus”la anlaşdı. Amma əvvəlki formasını tezliklə bərpa edə bilmədiyi üçün İtaliya klubunda da yalnız bir il top qovmaq imkanı oldu.

Rio Ferdinand
(8 ay)

2002-ci ilin yayında “Lids”dən “Mançester Yunayted”ə keçən Ferdinand dünyanın ən dəyərli müdafiəçisi olmuşdu. 2003-cü ilin dekabrında ağır cəzaya məruz qaldı. Narkotik üzrə testdən keçmədiyi üçün 8 aylıq müddətə futboldan kənarlaşdırıldı. Mövsümün ikinci yarısını buraxan Rio İngiltərə yığması ilə AÇ-2004-ün final mərhələsinə də yollana bilmədi.

Erik Kantona
(9 ay)

O, İngitərə və hətta dünya futbolu tarixinə ən kobud hərəkətlə düşən futbolçudu. Əsəblərinə hakim ola bilməyən Kantonanın meydanın kənarına qaçaraq onu özündən çıxaran fanata necə sərt cavab verdiyi çoxlarına bəllidi. “Mançester Yunayted”in hücumçusu “Kristal Pelas”la matçda qırmızı vərəqə alandan sonra azarkeşə ayağı ilə güclü zərbə endirdi. 1995-ci ildə baş verən bu hadisəyə görə 9 aylıq cəzaya, cəriməyə məruz qalan fransız futbolçu islahedici işə də cəlb olundu. Müsahibələrində məlum hərəkətinə görə əsla peşman olmadığını deyən Erik həmin fanata layiq olduğu cəzanı verdiyini hesab edirdi.

Mark Bosniç
(9 ay)

Kokain testindən keçə bilməyən daha bir “Çelsi”li Bosniçdi. O, 2003-cü ilin aprelində 9 aylıq cəzaya məhkum olundu. Onda 31 yaşında idi, bu səbəbdən avstraliyalı qapıçı İngiltərə karyerasını başa vurdu.

Billi Kuk
(12 ay)

2015-ci ilin aprelində hakim “Oldhem”in müdafiəçisini “Midlsbro”nun oyunçularına qarşı kobudluqlarına görə meydandan qovdu. Amma Billi pis hərəkətlərə yol vermədiyinə əmin idi. Buna görə meydanı tərk etmək istəmirdi. Belə məqamda referi matçı dayandırmağa məcbur oldu. Nəticədə Kuk bir il müddətində futbol oynaya bilmədi.

Ceyms Harris
(12 ay)

İFA “Akkrinqton Stenli”nin 2009-cu ildə “Beri” ilə keçirilən matçda bilərəkdən uduzması ilə bağlı dəlillər əsasında çox sayda sanksiyaya əl atmalı oldu. Məğlub komandanın bir çox oyunçusu cəzalandı. Onlar arasında ən ağır cəzaya Harris layiq bilindi. Ona görə ki, öz aralarında sövdələşən futbolçulardan yalnız Ceyms matçda iştirak etmişdi.

Coui Barton
(13 ay)

Aqressiv xarakterli Barton karyeasında bir neçə dəfə ağır cəza ilə üzləşib. Məsələn, 2012-ci ildə “Kristal Pelas”ın oyunçusu kimi “Mançester Siti”yə qarşı matçda aldığı qırmızı vərəqəyə və kobud davranışa görə 12 oyunluq cəza aldı. Amma daha ağır sanksiyaya yaşıl meydandan kənardakı hərəkəti üzündən layiq bilindi. 2017-ci ilin aprelində qeyri-qanuni pul qoyuluşu etdiyi üçün futbolda çıxışına 18 aylıq qadağa qoyuldu. Zarafat deyil, 10 il ərzində 1200-dən artıq oyuna qoyuluş etmişdi.

Bəzi matçlarda özü də meydanda olmuşdu. Onda 34 yaşında olduğu üçün diskvalifikasiya Coui üçün faktiki karyerasının sonu demək idi. Apellyasiya nəticəsində cəzanın müddəti 13 aya endirildi. Amma “Bernli” rəhbərliyi artıq onunla müqaviləni pozmuşdu və futbolçu bir daha peşəkar səviyyədə topa toxunmadı.

Kris Bakli
(17 ay)

2012-ci ildə “Aston Villa” ilə yeni müqaviləyə qol çəkən Bakli rəhbərlikdən 250 funt sterlinq tələb etdi. Futbolçu klubun ona bu qədər borcu olduğunu hesab edirdi. Lakin rəhbərlik bununla razılaşmadı. Kris isə meydana çıxmaqdan boyun qaçırdı. Klub onu müqavilənin şərtini pozmaqda ittiham etdi, Premyer-Liqa isə bir müddət sonra Baklinin tələbinin əsassız olduğu qənaətinə gəldi. Nəticədə səbəbkar, demək olar ki, ilyarım ərzində futbolsuz qaldı.

Bredli Vud
(6 il)

“Linkoln”un sabiq müdafiəçisi 2018-ci ilin aprelində 6 illik cəzaya məruz qaldı. Araşdırma nəticəsində Bredlinin dəfələrlə bilərəkdən sarı vərəqə aldığı müəyyənləşdi. Bir neçə şəxsin onun belə cəzaya layiq görüləcəyi ilə bağlı varianta böyük məbləğdə qoyuluş etməsi əsaslı şübhəyə səbəb olmuşdu. Onlardan bəziləri futbolçunun dostları, bəziləri isə qoyuluş edənlərin tanışları idi. Bredli ona yönələn bəzi ittihamları rədd etsə də, 23 dəfə pul qoyuluşu edənlər üçün işlədiyini boynuna aldı. Hakimlərdən bilərəkdən xəbərdarlıq aldığı üçün 5 illik cəzaya layiq görülən futbolçu pul qoyuluşları ilə bağlı digər etraflarına görə daha bir il futbolsuz qaldı. Yeri gəlmişkən, indi 31 yaşında olan müdafiəçi nəzəri cəhətdən 2024-cü ilin martında meydana qayıda bilər.

Enoh Uest
(30 il)

Bu hadisə uzun illər əvvəl baş versə də, xatırlatmağa dəyər. MY-də oynayan Uest 1915-ci ildə 30 il müddətinə diskvalifikasiya edildi. Cəzalananlar arasında 3 həmklubu və “Liverpul”un 4 oyunçusu da vardı. Onlar danışılmış oyunlarda ittiham olundular. Enoh həmişə günahsız olduğunu deyirdi, ancaq ona yalnız Birinci Dünya Müharibəsində iştirak edən Britaniya ordusuna qoşulacağı halda müəyyən güzəşt edilə biləcəyinə söz verilmişdi. Futbolçu isə bu varianta razılaşmadı. Uest yalnız 1945-ci ildə cəzadan qurtuldu. Onda artıq 59 yaşı tamam olmuşdu...

Olafur Qottskalksson
(ömürlük)

2005-ci ilin yanvarında müvafiq qurumun əməkdaşları “Torki Yunayted”də dopinq testi ilə bağlı növbəti proseduru həyata keçirməli idilər. Komandanın İslandiya yığmasında 10 oyunda iştirak edən qapıçısı Qottskalksson test verəcək futbolçuların siyahısına daxil edilmişdi. Lakin o, harasa yoxa çıxmışdı.

Bir neçə gündən sonra futbolçunun başını götürüb Amsterdama qaçdığı və Niderlandın paytaxtında bir həftədən artıq müddətdə gizləndiyi məlum oldu. Olafur sonra ortaya çıxaraq problemin nə ilə bağlı olduğuna aydınlıq gətirdi. İslandiyalı İngiltərəni test nəticəsində kokainə bağlı olmasının müəyyənləşəcəyindən qorxduğu üçün tərk edibmiş. Buna görə çox utandığını etiraf edən futbolçuya müddətsiz, yəni ömürlük cəza kəsildi. Olafur o vaxtdan futbola həsrət qalıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

25-11-2022, 17:0

AFFA-dan Cavid Hüseynova ağır cəza

Premyer-liqa

27-10-2022, 13:0

İntizam Komitəsi Coşqun Diniyevi bağışladı

Dünya futbolu

17-11-2022, 19:0

Levandovski ilə Pike ağır cəza aldılar

Aktual
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
Son xəbərlər
  • Bu gün, 14:57
    Ölkə kubokunun final oyununun nominal meydan sahibi məlum oldu
  • Bu gün, 14:27
    İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
  • Bu gün, 13:56
    AFFA rəsmisi UEFA-nın tədbirində
  • Bu gün, 13:37
    “Bavariya” son 14 ildə 13-cü, tarixinin 35-ci çempionluğunu qazandı! - İCMAL
  • Bu gün, 13:16
    “Türkiyənin DÇ-yə vəsiqə qazanması təsadüf deyil” - Montella məşqçi karyerasını bitirməyi planlaşdırırmış
  • Bu gün, 12:56
    Arda Gülərin tarixi çıxışı manşetlərdə
  • Bu gün, 12:25
    “İmarət” stadionunun tikintisinə başlanıldı
  • Bu gün, 11:54
    Yayda klubunu tərk edəcək
  • Bu gün, 11:23
    Dünya çempionatını buraxa bilər
  • Bu gün, 10:52
    “Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
  • Bu gün, 10:31
    Yeni mövsümdə MS-yə gərək olmayacaqlar
  • Bu gün, 10:00
    Arbeloanı əvəzləməyə kim daha çox şanslıdı?
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
  • Dünən, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Dünən, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Dünən, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Dünən, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Dünən, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Dünən, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Dünən, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Dünən, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Dünən, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Dünən, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Dünən, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Dünən, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Dünən, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Daha çox
Oxunub: 618
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 185
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə