AFFA İntizam Komitəsi "Şamaxı"nın məşqçisi Cavid Hüseynovu 6 oyunluq cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, buna onun Azərbaycan kubokunun 1/8 finalında "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları matç başa çatdıqdan sonra etdiyi hərəkətlər səbəb olub.
Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb.
Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib. Bölgə klubu həmin görüşdə 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.
Komandanın müdafiəçisi Cəlal Hüseynova isə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğuna görə bir oyunluq cəza verilib.