2,2 milyon dollara idman ayaqqabısı olar?!

14.04.2023 17:43 291
Maraqlı
Dünyaca məşhur basketbol ulduzu Maykl Cordanın idman ayaqqabısı hərracda rekord məbləğə - 2,2 milyon dollara satılıb. Bu haqda xəbəri “Sotheby's” hərrac evinin saytı yayıb.

"Football-plus.az" xəbər verir ki, satışa çıxarılan “Air Jordan 13” idman ayaqqabısı “Yuta”ya qarşı keçirilən MBA finalının 2-ci oyununda “Çikaqo”nun əfsanəsi Cordanın ayağında olub.

2,2 milyon dollar idman ayaqqabılarının satışı ilə bağlı yeni rekorddu. Əvvəlki rekord da Cordana məxsus idi. 2021-ci ildə onun digər ayaqqabıları 1,4 milyon dollara satılmışdı. 60 yaşlı Cordan karyerasını 2003-cü ildə bitirib. O, ikiqat olimpiya və altıqat MBA çempionudu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul