• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Saatlı bomba” işə başladı! - TƏHLİL

Dünya futbolu

30-03-2023, 23:0

“Bavariya” rəhbərliyi martın 24-də heç gözlənilmədən baş məşqçi Yulian Naqelsmannı istefaya göndərdi və onun boşaltdığı postu dərhal da Tomas Tuxelə tapşırdı. Bəs Münhen nəhəngi niyə məhz Tuxeli seçdi?

"Football-plus.az" xəbər verir ki, ilk növbədə ona görə ki, komanda Çempionlar Liqasını qazanmaq istəyir. 49 yaşlı mütəxəssis PSJ-ni tarixində ilk dəfə bu turnirin finalına çıxarıb, ardından “Çelsi” ilə bu nüfuzlu kuboku qazanıb.

Tuxel 4,5 il əvvəl Almaniyanı perspektivli mütəxəssis statusu ilə tərk etmişdi. Onun “Borussiya”sı zaman-zaman Yürgen Kloppun dövründəkindən də yaxşı oynayırdı. Bununla belə, qazandıqları siyahısında yalnız Almaniya kuboku var idi ki, bu məqam PSJ-yə təyinat zamanı Neymarı şoka salmışdı. Həmin vaxt məhz braziliyalı komandada həlledici fiqur sayılırdı və az tanınan məşqçinin niyə ölkənin əsas klubunu çalışdıracağını anlamırdı.
Neymar hətta rəhbərliyi gedəcəyi ilə təhdid etmiş, bu da Tuxelin xətrinə dəymişdi. Ancaq ulduz forvard bir neçə ildən sonra etiraf etdi ki, elə ilk söhbətdən sonra onda almaniyalı mütəxəssisə simpatiya yaranıb: “Məşqçiyə belə sevgi hiss edirsənsə, meydanda canını qoyursan. Onun üçün hər şey edəcəm ki, qalib gələk”.

Tomas “Bavariya”ya artıq təkcə qələbə qazanmaq yox, həm də ulduz komandanı idarə etmək təcrübəsinə malik ana canavar kimi qədəm qoyur. Məsələn, Mbappe Tuxelin dönəmindəki ilk mövsümündə Fransa çempionatında özü üçün rekord sayda – 33 qol vurmuşdu. Tyaqo Silva kimi təcrübəli və usta futbolçular da alman mütəxəssisə hörmət edirlər. Bununla belə, yenə də elə hiss var ki, mütəxəssisin “Bavariya”ya gəlişi “saatlı bomba” effekti verəcək. Təyinat anından bəri bomba işə düşüb, gec-tez mütləq partlayacaq. Tuxelin az qala bütün bioqrafiyası bu gerçəkliyi qışqırır.

Münaqişə tarixçəsi
Mütəxəssis “Borussiya” ilə öz təşəbbüsü əsasında vidalaşdı, yeri gəlmişkən, həmin qərar Almaniya kubokunun finalındakı qələbədən dərhal sonra – klub rəhbərliyi ilə görüşdə verildi. Problemlər dortmundluların son 5 ildə ilk mükafatı qazandığı mövsümdən əvvəl başlamışdı. Ona görə ki, baş direktor Hans-Yoahim Vatske Mxitaryan, Hummels və Gündoğanı komandada saxlamaqla bağlı verdiyi sözə sadiq qalmamışdı. Bu üç futbolçunu satdılar, Tuxelin xahiş etdiyi futbolçuları isə almadılar. İş hətta o yerə gəlib çatdı ki, baş məşqçi Dortmunda Levandovski ilə Obameyanqı gətirən baş skaut Sven Mislintatla münasibətləri aydınlaşdırmağa çalışdı. Ardından klub avtobusu Çempionlar Liqasının “Monako” ilə oyunun keçirmək üçün yol gedərkən partlayıcı qurğu işə düşəndə baş məşqçi klub rəhbərliyinin onunla məsləhətləşmədən ertəsi gün meydana çıxmağa qərar verməsindən narazı qaldı.

Tuxel PSJ-dəki ilk ilində idman direktoru Anter Enrike ilə söyüşdü. Həmin lokal savaş baş məşqçinin xeyrinə bitdi, ancaq almaniyalı mütəxəssis braziliyalı Leonardo ilə işləyə bilmədi. Klubun Tyaqo Silva ilə müqavilə müddətini uzatmaqdan imtina etməsi münaqişənin başlanğıc nöqtəsi oldu. Buna qədər isə yeni müqavilə təklifi almayan Kavani parislilərdən incidi və bəlkə də məhz uruqvaylının yoxluğu Tuxelin Çempionlar Liqasını qazana bilməməsində həlledici rol oynadı. Gərginlik üst-üstə yığıldı və pandemiyadan sonra başqa top-klublar kimi PSJ də sərt təqvimdən, liderlərin zədələnməsindən əziyyət çəkəndə baş məşqçiyə qapını göstərdilər.

“Çelsi”, ümumiyyətlə, ayrıca tarixçədi. Tomasla yeni rəhbərliyin yola getməyəcəyi çox tez – Todd Boeli ilə klubun həmsahibi Behdad Eqbali baş məşqçiyə 4-4-2 sxeminə keçməyi təklif edəndə aydın oldu. O, rəhbərliyin olduğu “vatsap” qrupunda heç kimlə danışmadı. Marina Qranovskaya ilə Peter Çex istefaya göndəriləndən sonra isə agentinə özünün də ayrılmaq istəyində olduğunu dedi. Yeri gəlmişkən, Tuxel Kriştiano Ronaldonun komandadakı mühiti korlayacağı iddiası ilə bu transferi blokladı. Bundan başqa, yeni transferlər zamanı futbolçuların təkcə oyunçu yox, insani keyfiyyətlərini də dəyərləndirmə üçün təkbətək söhbətə üstünlük verirdi.

Şıltaq və deyingən diktator
“Bavariya”nın rəhbərliyində axmaqlar yoxdu. Əksinə, idarə heyətinin sədri Oliver Kanla idman direktoru Həsən Salihamiciç futbol adamıdı. Ancaq bunlarla münasibət qurmaq da asan olmayacaq. Münhenliləri ÇL-də qələbəyə daşıyan, ancaq cəmi bir il sonra rəhbərliklə münasibətlər üzündən klubu tərk edən Hans-Diter Flikin taleyini xatırlamaq kifayətdi. Bu istefanın səbəbi də kadr siyasəti idi. Belə ki, klub bossları nə oyunçular alınarkən, nə də onların müqavilə müddəti uzadılarkən baş məşqçi ilə dil tapa bildi.

Tuxelin şan-söhrət qazandığı “Maynts-05”də bəzi futbolçular onu “şıltaq və deyingən diktator” adlandırırdılar. O, məşqdə nəsə alınmayanda şəxsi söyüşlərə keçməkdən belə çəkinmirdi. Dortmundda iş o yerə çatdı ki, kapitan Şmeltser vacib oyun ərəfəsində hətta əsas oyunçular sıradan çıxandan sonra da Nuri Şahinə şans vermədiyinə görə almaniyalını ittiham etdi. Parisdə Mbappe əvəzlənəndən sonra qalmaqal salmağa başladı. Londonda onu dəyişən sxemdə öz rolunu anlamayan Lukaku tənqid edirdi, qalan futbolçular isə gileylənirdi ki, baş məşqçi il ərzində onlarla fərdi söhbət aparmır.
Bütün bu faktları sadalayandan sonra aydın məsələdi ki, Tuxelin “Bavariya” ilə ittifaqı da potensial təhlükə mənbəyidi. Peşəkar planda ideal ittifaq olduğuna söz yoxdu, ancaq baş məşqçi dözüm göstərməsə, hər şey növbəti qalmaqalla bitəcək. Onu da nəzərə alaq ki, Münhen nəhəngini irəlidə Dortmund “Borussiya”sı və “Mançester Siti” ilə vacib duellər gözləyir.

Yeri gəlmişkən…
Naqelsmann istefaya göndərildiyi məqamda “Bavariya” Almaniya çempionatında 2-ci pillədə qərarlaıb, ölkə kubokunun və ÇL-in 1/4 final oyunlarına hazırlaşır. Son 30 ildə münhenlilərin yalnız 8 çalışdırıcısı mövsümün sonuna qədər işləməyib.
“Bavariya”nın son 30 ildə mövsümün gedişində qovulan bütün çalışdırıcıları
məşqçi qovulma tarixi komandada gün sayə cari nəticə çempionat (liderdən gerilik) kubok avrokubok
Erix Ribbek 27.12.1993 657 3-cü yer (1 xal) 1/8 finalda dayaıb UEFA kubokunda 1/16 finalda dayanıb
Otto Rehagel 27.04.1996 302 2-ci yer (3 xal) 1/16 finalda dayanıb UEFA kubokunun finalı
Feliks Maqat 31.01.2007 945 4-cü yer (8 xal) 1/8 finalda dayanıb ÇL-in 1/8 finalı
Yürgen Klinsmann 27.04.2009 300 3-cü yer (3 xalа) 1/4 finalda dayanıb ÇL-in 1/4 finalında dayanıb
Lui van Qal 09.04.2011 648 4-cü yer (14 xal) yarımfinalda dayanıb ÇL-in 1/8 finalında dayanıb
Karlo Ançelotti 28.09.2017 446 3-cü yer (3 xal) 1/16 final ÇL-in qrupunda 2-ci yer
Niko Kovaç 03.11.2019 490 4-cü yer (4 xal) 1/8 final ÇL-in qrupunda 1-ci yer
Yulian Naqelsmann 23.03.2023 633 2-ci yer (1 xal) 1/4 final ÇL-in 1/4 finalı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-01-2023, 15:0

Məşqçi Kloppun 1000 oyunu: rəqəmlər üzərində gəzişmə

Dünya futbolu

20-08-2022, 09:0

"Çəkdi" rəhbərliyi Tuxelə güvənməyə davam edir

Dünya futbolu

28-03-2023, 20:0

“Bavariya” Naqelsmanna görə nə qədər geri düşəcək?

Dünya futbolu

19-02-2023, 23:0

PSJ Tuxeli istəyir

Dünya futbolu

18-08-2022, 20:0

Tuxel rəhbərliklə danışıq aparır

Aktual
Yığma üzvlərinin qiymətləndirilməsi
“Ezelin kor anasını qapıya qoysaydıq, bundan daha çox işə yarayardı”
“Qarabağ”ı azlıqda qoyan hakim yığma üçün gəlib!
Ayxan Abbasov hansı “11-liy”ə güvənəcək?
“Bura gələndə şoka düşdüm” – Zubir 1 milyon avroya keçibmiş!
“Burda – Bakıda hər şey heyrətamizdi” – “Ekip”in müxbiri nədən şoka düşüb?
Son xəbərlər
  • Bu gün, 13:27
    Müjdat Muratoğlu "Qarabağ" barədə süjet hazırladı - VİDEO
  • Bu gün, 12:56
    Messi “Kamp Nou”da problemə səbəbkar oldu
  • Bu gün, 12:25
    Millimiz mübarizəyə başlayır - İslamiada
  • Bu gün, 11:54
    İnyesta haqda cinayət işi açılıb
  • Bu gün, 11:23
    İtaliyaya qayıtmaq şansı var
  • Bu gün, 10:52
    Azərbaycan idman tarixində ilk
  • Bu gün, 10:31
    ''Fənər''in ulduzu 1 aylığa sıradan çıxdı - derbidə oynaya biləcəkmi?
  • Bu gün, 10:00
    “Barselona” onları hədəfə aldı
  • Bu gün, 01:37
    Holann İtaliyanı da cəzalandırdı, ermənilər biabır oldu – gecənin nəticələri
  • Bu gün, 00:15
    “Futbolun inkişafı təkcə federasiyalıq deyil” – Ayxan Abbasov
  • Bu gün, 00:12
    Cüdoçumuz Xorvatiyadakı turnirdə "qızıl" qazandı
  • Dünən, 23:45
    "Azərbaycan yığması çox aqressiv oynadı" - Didye Deşam
  • Dünən, 23:00
    İsrailə qarşı növbəti çağırış
  • Dünən, 22:18
    Umudlu Slovakiya – İngiltərə oyununu idarə edəcək
  • Dünən, 22:00
    İkardi sevgilisi ilə birlikdə verilişdə iştirak etdi - ''pul qazanmaq üçün...''
  • Dünən, 21:48
    Azərbaycan - Fransa: möcüzə olmadı, yenə uduzduq
  • Dünən, 21:40
    AÇ-2028-in oyunları hansı stadionlarda keçiriləcək?
  • Dünən, 20:15
    Yığma üzvlərinin qiymətləndirilməsi
  • Dünən, 19:54
    Ayxan Abbasovdan maraqlı qərar: start heyətində 5 dəyişiklik!
  • Dünən, 19:25
    “Ezelin kor anasını qapıya qoysaydıq, bundan daha çox işə yarayardı”
  • Dünən, 19:17
    Yığma yenə uduzdu, yenə oyunu ilə ölkəni məyus etdi - REPORTAJ
  • Dünən, 19:00
    “Qarabağ”ı azlıqda qoyan hakim yığma üçün gəlib!
  • Dünən, 18:51
    Ayxan Abbasov hansı “11-liy”ə güvənəcək?
  • Dünən, 18:32
    ''Beşiktaş'' prezidenti Rafa Silva ilə bağlı həqiqətləri açıqladı - Hər şey bitdi!
  • Dünən, 18:00
    Türkiyə pley-offu təmin etdi
  • Dünən, 16:58
    Cəbəllütariq - Azərbaycan oyununun hakimləri
  • Dünən, 16:31
    Kimmix nə vaxt qayıdacaq?
  • Dünən, 16:00
    “Deşamın Mbappeni Azərbaycana aparmamasını tam anlayıram” – niyə gətirməyib?
  • Dünən, 15:41
    “Bura gələndə şoka düşdüm” – Zubir 1 milyon avroya keçibmiş!
  • Dünən, 15:08
    “Burda – Bakıda hər şey heyrətamizdi” – “Ekip”in müxbiri nədən şoka düşüb?
  • Dünən, 14:45
    Məhəmmədəli rəqibinə ikinci raundda qalib gəldi
  • Dünən, 14:34
    Didye Deşamın Bakıdakı start heyəti belə olacaq! – on futbolçunu dəyişdi, birini saxladı
  • Dünən, 14:27
    Milli komandanı tərk etdi
  • Dünən, 13:14
    Mundialın 30-cu iştirakçısı oldular
  • Dünən, 12:47
    Millimiz Şimali İrlandiyaya uduzdu
Daha çox
Oxunub: 238
“Bura gələndə şoka düşdüm” – Zubir 1 milyon avroya keçibmiş!
Oxunub: 223
"Turan Tovuz"un yeni ot örtüyüylə bağlı şok problem - komanda yenə Tovuzdan ayrılacaq?
Oxunub: 174
PFL və “CBC Sport” Yevlax şəhər stadionunda yenə qüsurlar tapdı! - indi də gülməli stul söhbəti...
Oxunub: 166
Kamal Umudlu Peterburqda kobud səhvə yol verdi – Qolovinin qolu sayılmamalıydı!
Oxunub: 164
Yığmamızın düşərgəsində həyəcan: 6 futbolçunun taleyi tükdən asılıdı
Oxunub: 124
“Şəmkir” üçün yeni Saşa tapıldı! – Adil Əliyev gəldi, amma prezident də qalır
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə