Ötən şənbə “Liverpul”un baş məşqçisi Yürgen Klopp üçün təkcə özü kimi top səviyyəli rəqib – “Çelsi” ilə oyunla əlamətdar olmadı.
Football-plus.az xəbər verir ki, almaniyalı mütəxəssis baş məşqçi statusunda 1000-ci oyununu keçirdi.
Bu nəhəng rəqəmin altında hansı incəliklər yatır? Təbii ki, titullardan başlamaq lazımdı. Orta hesabla hər 83 oyundan bir titul qazanan Kloppun kolleksiyasında nələr var?
Bundesliqa çempionluğu – 2 dəfə
Almaniya Superkuboku – 2 dəfə
Almaniya kuboku – 1 dəfə
Premyer-liqa çempionluğu – 1 dəfə
İngiltərə kuboku – 1 dəfə
İngiltərə Liqa kuboku – 1 dəfə
Çempionlar Liqası – 1 dəfə
UEFA Superkuboku – 1 dəfə
Klublararası dünya çempionatı – 1 dəfə
İngiltərə Superkuboku – 1 dəfə
2001-ci ildən baş məşqçi kimi çalışan Kloppun karyerası ilə bağlı əsas faktlar isə aşağıdadı:
Xal – 1854 (hər mövsümdə orta hesabla 80,6)
Oyun – 1000 (hər oyunda orta xal 1,85)
Qələbə - 538 (qələbə faizi 53,8)
Heç-heçə - 240 (heç-heçə faizi 24)
Məğlubiyyət – 222 (məğlubiyyət faizi 22,2)
Vurulan qol – 1898 (hər oyunda orta hesabla 1,9)
Buraxılan qol – 1081 (hər oyunda orta hesabla 1,1)
Fərq – 817 (hər oyunda orta hesabla +0,8)
Ümumilikdə üç komandanı çalışdıran Klopp “Liverpul”da daha çox vaxt keçirib.
Maynts-05: 270 oyun, 109 qələbə, 78 heç-heçə, 83 məğlubiyyət
Borussiya D: 319 oyun, 180 qələbə, 69 heç-heçə, 70 məğlubiyyət
Liverpul: 411 oyun, 249 qələbə, 93 heç-heçə, 69 məğlubiyyət
Bəs Kloppun 1000 oyunu hansı turnirləri əhatə edir?
Bundesliqa - 340
Premyer-liqa – 277
2-ci bundesliqa – 148
Çempionlar Liqası – 102
Almaniya kuboku – 44
İngiltərə Liqa kuboku – 26
İngiltərə kuboku – 24
Avropa Liqası – 21
UEFA kuboku – 8
Almaniya Superkuboku – 4
İngiltərə Superkuboku – 3
Klublarası dünya çempionatı – 2
UFEA Superkuboku – 1
Klopp karyerasının əsas hissəsini Almaniyada keçirdiyindən, təbii ki, həmin ölkədə çalışan həmkarları ilə daha çox qarşılaşıb. Klopp Qvardiolanı 11 dəfə məğlub edib, ona 9 dəfə uduzub. Rekord və antirekord ispaniyalı mütəxəssislə bağlıdı.
Pep Qvardiola – 27
Diter Hekkinq – 21
Tomas Tuxel – 19
Tomas Şaaf – 19
Ralf Ranqnik – 14
Feliks Maqat – 14
Kloppun komandaları 150 fərqli rəqiblə qarşılaşıb. Bu siyahıya “Bavariya” başçılıq edir.
Bavariya – 31
Arsenal – 25
Mançester Siti – 24
Hannover-96 – 24
Borussiya M – 22
Volfsburq – 22
Daha bir maraqlı məqam odu ki, Klopp yubiley oyunlarında uduzmur.
nömrə il klubu rəqib hesab
100 2003 Maynts-05 Unterhahinq 1:1
200 2006 Maynts-05 Bohum 2:1
300 2009 Maynts-05 Verder 1:0
400 2011 Borussiya D Maynts-05 2:1
500 2013 Borussiya D Frayburq 5:0
600 2015 Liverpul Sauthempton 6:1
700 2017 Liverpul Nyukasl 1:1
800 2019 Liverpul Çelsi 2:2*
900 2021 Liverpul Real 0:0
1000 2023 Liverpul Çelsi 0:0
* - 800-cü oyun UEFA Superkuboku uğrunda olub. “Çelsi” ilə oyun 2:2 bitib, “Liverpul” penalti seriyasında 5:4 hesablı qələbə qazanıb.
Səbəbkardan sitat
1000-ci oyun? Ağlasığmaz rəqəmdi. Mən bura gələndə saqqalım ağarmamışdı. Bunun yaşa və ya komandaya görə yarandığını bilmirəm. Ancaq bitirmək fikrində deyiləm. Lazım gəlsə, daha 10 il üçün gücüm bəs edər.
Məşqçi Kloppun 1000 oyunu: rəqəmlər üzərində gəzişmə
Dünya futbolu
