• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” Naqelsmanna görə nə qədər geri düşəcək?

Dünya futbolu

28-03-2023, 20:0

“Bavariya”nın ölkə çempionatında liderliyi əldən verməsi bossları yaman pərişan edib.

“Football-plus.az” xəbər verir ki, onlar martın 19-da “Bayer-04”ə məğlubiyyətdən (1:2) bir neçə gün sonra adekvat addım atmağı lazım biliblər.

Martın 24-də Yulian Naqelsmann istefaya göndərilib. Baş məşqçi vəzifəsinə 2021-ci ilin yayında təyinat alan 35 yaşlı mütəxəssisin köməkçiləri Dino Topmöller, Bencamin Qlük və Ksavyer Zembrod da işdən azad olunub. Komandanı ötən mövsüm bundesliqada və iki dəfə Almaniya Superkubokunda qələbəyə daşıyan Naqelsmannın müqaviləsi 5 illik müddətə nəzərdə tutulmuşdu. Bu o deməkdi ki, Münhen klubu məşqçiyə təzminat ödəməli olacaq. “Bild” qəzetinin yazdığına görə, rəhbərlik mövsümün qalan hissəsinin məvacibini (3 milyon avro) ödəyəcək. Klub onunla müqaviləni yalnız mövsüm başa çatandan sonra qüvvədən salmağı planlaşdırır. Bu halda Naqelsmanna sözləşmənin qalan müddətinə görə nəzərdə tutulan maaşın 50 faizi – təxminən 12 milyon avro ödənilə bilər. “Bavariya” bu sxemə əsasən, çalışdırıcıya görə onun anlaşacağı yeni klubdan təzminat tələb etməyəcək. Qeyd edək ki, “Bild” daha əvvəl məşqçi dəyişikliyinin münhenlilərə ümumilikdə 27 milyon avroya başa gələ biləcəyini xəbər verib. Bu məbləğ gənc mütəxəssisin 2026-cı ilin yayına qədər almalı olduğu məvacibin qalan hissəsini təşkil edir. Maraq üçün Almaniya nəhənginin onu “Leyptsiq”dən bonuslar da nəzərə alınmaqla 25 milyon avro təzminat bahasına ayırdığını da yada salaq.

“Bavariya” artıq baş məşqçi vəzifəsinə Tomas Tuxeli təyin edib. Onunla bağlanan müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. “Bild” 49 yaşlı alman çalışdırıcının illik məvacibinin təxminən 10-12 milyon avro olacağını yazıb. Daha əvvəl “Maynts-05”, “Borussiya” (Dortmund), PSJ və “Çelsi”ni çalışdıran Tuxelin yeni komandada debütü sabiq klubuna qarşı olacaq: “Bavariya” bundesliqanın növbəti turunun aprelin 1-nə təyin olunan oyununda “Borussiya”nı qəbul edəcək.

Klubun prezidenti Herbert Hayner Naqelsmannın istefaya göndərilməsinin səbəbinə belə aydınlıq gətirib: “Bəli, mən Yulianı tam dəstəkləyirdim və onunla daim uzunmüddətli layihə haqda danışırdım. Ümid edirdim ki, bunu yaratmaq olar. Naqelsmann əla məşqçidi, amma nəticə hər şeydən üstündü. “Bayer”lə oyun məni düşünməyə məcbur etdi. Təbii ki, uzun müddət Oliver Kan və Hasan Salihamiciçlə məsləhətləşdim. Nəticədə belə qənaətə gəldik ki, mövsümlə bağlı planlarımızı yerinə yetirmək üçün real işə başlamaq lazımdı. Tanrıya şükür ki, bizim hələ də hər üç turnirdə qalib gəlmək şansımız var”.

Klubun rəhbəri yeni baş məşqçi Tuxel haqda da danışıb: “Tuxelin təyinatı, heç şübhəsiz, düzgün qərardı. Uzun illər əvvəl onunla çalışmaq istəyirdik, amma alınmamışdı. Son illər Avropanın böyük klublarında inanılmaz uğurlar qazanıb. Tuxel Avropanın ən istedadlı məşqçilərindən biridi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-09-2022, 21:0

Naqelsmann işdən azad ediləcək?

Dünya futbolu / Manşet

24-03-2023, 13:0

"Bavariya"da nələr baş verir? - TƏHLİL

Dünya futbolu

20-02-2023, 20:0

Naqelsmannın üzü döndü...

Dünya futbolu

12-03-2023, 22:0

Maaşı iki dəfə artırılacaq

Dünya futbolu

3-06-2022, 17:0

"Bavariya"nın təklifini rədd etdi

Dünya futbolu

26-03-2023, 19:0

Naqelsmann hara boylanır?

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 22:45
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Bu gün, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Bu gün, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Bu gün, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Bu gün, 20:08
    Millimizdən iki qələbə
  • Bu gün, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 193
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə