• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yüksək təşkilatçılıq fonunda qüsurlar da tapıldı - YAZI

Manşet / Yazarlar

29-03-2023, 13:0

Bu görüşü çoxdan gözləyirdik. Hamıya bəllidi ki, azərbaycanlılar türkiyəliləri çox sevir. Bu qarşılaşma da səsləndirdiyimiz fikri tam təsdiqlədi. Oyunla bağlı hər şey mükəmməl təşkil olunmuşdu. Yoldaşlıq matçı olsa da, Ağdam təmsilçisi qarşılaşmaya ciddi yanaşmışdı. Azarkeşlər üçün xüsusi avtobuslar ayrılmışdı. Polis nəzarəti olduqca güclü idi. Belə də olmalıydı. Çünki oyunu ölkə başçısı İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və Türkiyədən gələn xüsusi qonaqlar izləyirdi. Bundan başqa, 60 mindən çox biletin satılması da qarşılaşmaya marağın nə qədər böyük olmasının xəbərçisi idi.

Oyunda başverənlər hamıya bəllidi. Lakin bəzi məqamlar var idi ki, onları diqqətinizə çatdırmaq istəyirəm. Əsas məsələ azarkeşlərlə bağlı idi. Demək olar ki, görüşü izləməyə gələnlərin çoxu “Qalatasaray” fanatı idi. Həm arenada, həm də kənarda insanların əllərində Türkiyə təmsilçisinin bayraqları, əyinlərində formaları var idi. Nə qədər qardaş olsaq da, bu məqam adamda qısqanclıq doğurur. Görünür, “Qarabağ”ın son illərdə əldə etdiyi uğurlar belə böyük kütlə toplamasına səbəb olmayıb.

Diqqətimi çəkən ikinci məqam da azarkeşlərlə bağlı idi. “UltrAslan”ın Azərbaycan filialı oyuna xüsusi hazırlaşmışdı. Onlar tribunaların önünə şəhidlərin şəkillərini asmışdılar. Bundan başqa, matç başlamamış Türkiyə və Azərbaycan bayraqlarının arasından “Qalatasaray”ın rənglərini özündə birləşdirən xoreoqrafiya hazırlamışdılar. Elektron tabloda 04:17 göstərən zaman azarkeşlər buna uyğun işlərini nümayiş etdirdilər. Bu da Türkiyənin Hatay bölgəsində zəlzələnin baş vermə saatı idi ki, azarkeşlər həmin anı unutmadılar. “İmarət Tayfa” da oyuna xüsusi rəng qatırdı. Bu qrup “Qarabağ”a mükəmməl dəstək verdi. Lakin hazırladıqları pankartlar “UltrAslan”dan az da olsa, geri qalırdı. Biz “Qarabağ”ın əsas azarkeş qrupunun daha möhtəşəm işlərinin şahidi olmuşuq.

Xoşuma gəlməyən ən əsas məqam yenə azarkeşlərlə bağlı oldu. “Qarabağ” hücum edərkən zaman-zaman futbolçular fitə basılırdı. Bu heç də düzgün olmayan addım idi. “Qalatasaray”, ümumiyyətlə, Türkiyə və türkiyəlilər canımız, qardaşlarımızdı. Lakin onlara dəstək fonunda öz komandamıza münasibətdə belə hərəkət qəbulolunmazdı. Əminəm ki, heç türkiyəlilər də bunu doğru qarşılamadı.

Matçdan sonra yaşananlara da toxunmaq istəyirəm. Həm klub, həm də stadion rəhbərliyi əvvəlcədən bildirmişdi ki, azarkeşləri stadiondan avtobuslar olan dayanacaqlara, həm də metronun “Koroğlu” stansiyasına hissə-hissə buraxacağıq. Lakin adamlar bunu qəbul etmək istəmirdi. Azərbaycan xalqının gözləməklə arası yoxdu. Buna bir daha əmin oldum. Azarkeşlər təhlükəsiz amilini nəzərə almadan çatmalı olduqları ünvana tələsirdilər. Buna görə onlara xidmət edən polislərə, asayiş keşikçilərinə belə təzyiq göstərmək, mübahisə etmək ixtiyarını özlərində hiss edirdilər... Hə, bir də həm klub, həm də stadion rəhbərliyi Ramazan ayını nəzərə alaraq azarkeşlərin stadiona plastik qablarda su, yemək gətirməsinə icazə vermişdi. Arenada kifayət qədər zibilqabı olsa da, azarkeşlər stadionun ətrafını çirkləndirməyi “özünə borc bilmişdi”.

Elə bilməyin ki, görüşdə ancaq neqativ məqamlar oldu. Yenə deyirəm, təşkilatçılıq yüksək səviyyə idi. Mahnı seçimindən tutmuş media üçün görülən işlərə qədər çox şey ideal idi. Bəlkə də görüş İstanbulda olsaydı, “Qalatasaray” rəhbərliyi oyuna bu qədər ciddi yanaşmayacaqdı. Lakin “Qarabağ” göstərdi ki, böyük qardaşa hörmət etmək bizim mental dəyərimizdi. Çünki biz bir millət, iki dövlətik. Buna da həmişə sadiq qalırıq. Deyəsən, hesab da elə buna uyğun oldu – 1:2.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

26-03-2023, 17:0

Fanklublar xeyriyyə matçını stadiondan izləyəcək

Manşet / Müsahibə

23-08-2022, 12:0

Azərbaycan diasporu "Viktoriya"ya müraciət etdi - MÜSAHİBƏ

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 214
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə