• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan diasporu "Viktoriya"ya müraciət etdi - MÜSAHİBƏ

Manşet / Müsahibə

23-08-2022, 12:0

“Qarabağ” üçün önəmli gündü. Ağdamlılar 5 illik fasilədən sonra Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilər.

Bunun üçün “Viktoriya” səddi keçilməlidi. Bütün ölkənin bu gün üçün əsas işi “Qarabağ”ın oyununu izləmək olacaq. Təbii ki, “CBC Sport” vasitəsiylə izləyib, Azərbaycan çempionunun uğuru təkrarlamasını arzulayacağıq.

Görəsən, stadionda vəziyyət necə olacaq? Komanda Plzendə dəstəksiz qalmayacaq? Ağdam klubu rəsmi şəkildə açıqlayıb ki, 627 bilet oyun günü “Dusan Arena”da satışa çıxarılacaq. Azarkeşlər U-12 və U-13 sektorlarından matçı izləyə biləcəklər. Avropada yaşayan azərbaycanlılar “Qarabağ”ın vacib görüşünə maraq göstərirlər? Suallarımızı Çexiyada yaşayan, diasporumuzun fəallarından Fərid Əmrəliyevə ünvanladıq. Qatı futbol azarkeşi olan soydaşımız həmçinin “Azərtürk” cəmiyyətinin təsisçisidi. Fərid bəylə əlaqə saxlayıb ondan Avropada yaşayan azərbaycanlıların “Viktoriya” - “Qarabağ” matçına maraq göstərib-göstərmədiyini, Çexiyada ab-hava necə olduğunu öyrənməyə çalışdıq.

- “Qarabağ” Çempionlar Liqasının pley-offunun cavab matçında “Viktoriya” ilə qarşılaşacaq. Azərbaycanlı azarkeşlər üçün 627 bilet ayrılıb. Sizcə, Çexiyada olan soydaşlarımız görüşə maraq göstərəcək?
- Plzen şəhərində yerləşən “Dusan Arena”nın tutumu 11700-dü. Hamıya bəllidi ki, azarkeşlərin ümumi sayının 5 faizi qədər bilet ayrılıb. Bu da 585 nəfər edir. U-12 və U-13 sektorları azərbaycanlıların ixtiyarına veriləcək. Avropanın bir çox şəhərlərindən matçı izləmək üçün Plzenə gələnlər olacaq. Həqiqətən qarşılaşmaya maraq böyükdü. Çünki “Qarabağ” bu matçda qələbə qazansa, Çempionlar Liqasının qrupuna vəsiqəni təmin edəcək. Bu səbəbdən də Avstriya, Polşa, Niderland və Almaniyada yaşayan azərbaycanlılar görüşü stadiondan izləmək istəyirlər. Müntəzəm “Qarabağ”ın əməkdaşları, məsul şəxsləri ilə əlaqə saxlayıram. Azarkeşlərin oyuna gəlməsini təşkil etmək istəyirik. Əksər azərbaycanlılar Çexiyanın paytaxtı Praqada yaşayır. Bu səbəbdən də adı çəkilən şəhərdən iki avtobus Plzenə yola düşəcək. Oyun bitəndən sonra da Praqaya dönəcəklər.

- Avtobusları "Qarabağ" təşkil edir? Ümumiyyətlə, təşkilatçılıq işlərinə kim nəzarət edir? Nəqliyyat və başqa xərclər necə qarşılanacaq?
- Avtobusları “Qarabağ” təşkil etmir. Mən bu təşəbbüsü həyata keçirirəm. Çexiyada olan bütün azərbaycanlıların oyuna getməsi üçün təşkilatçılıq edirəm. Avtobuslar Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən maliyyələşəcək. Sağ olsunlar bu problemimizi həll etdilər. Praqada bir çox iş görmüşük. Komandanı hava limanında qarşıladıq. “Qarabağ”ı alqışladıq. Azərbaycan bayraqları ilə onlara dəstək olduq. Əlimizdən gələni etdik ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv özünü tək hiss etməsin.

- Oyuna təxminən nə qədər azərbaycanlı azarkeşin gələcəyi gözlənilir?
- Dəqiq say demək o qədər də asan deyil. Amma marağı nəzərə alıb deyə bilərəm ki, 500-600 nəfərə yaxın azarkeş stadiondan oyunu canlı izləyəcək. Bu şəxslər Çexiya, Polşa, Rumıniya, Avstriya, Almaniya və Niderlanddan gələcəklər.

- Fərid bəy, "Qarabağ"ın adı həmişə söz-söhbətə səbəb olub. Avropadakı oyunlarda komanda bəzi hallarda problem yaşayıb. Ermənilər təxribata əl atmağa çalışıb. Plzendə də bu gözlənilir?
- Bu məsələ əvvəlcədən nəzərə alınıb. Azərbaycan diasporu olaraq, “Viktoriya”ya bilet yoxlanışı zamanı diqqətli olmaları üçün müraciət etmişik. Çünki ermənilər tərəfindən hansısa pankart açıla bilər. Nəsə şüar səsləndirsələr, bu, Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olacaq. Klub rəsmilərinə müraciət edərək belə hallarının qarşısının alınması üçün tədbir görmələrini tələb etmişik.

- Azərbaycan klubları ölkə xaricində meydana çıxarkən təxminən 500-600 nəfər tərəfdarımız olur. Amma türklərdə bu say minlərlədi. Avropada yaşayan türkiyəlilər bizim oyunlara nə üçün maraq göstərmirlər?
- Əslində burda bir neçə türk dostumuz var. Onlar da “Qarabağ”ın oyununu stadiondan izləmək istəyirlər. Həmin şəxslər də “Dusan Arena”ya getmək üçün avtobuslarımızdan istifadə edəcəklər. Deyə bilərəm ki, türklər oyuna maraq göstərir. Amma gəlin məsələyə real yanaşaq. Mən özüm 1991-ci ildən “Mançester Yunayted”ə azarkeşlik edirəm. 2006-dan “qırmızı şeytanlar”ın rəsmi fanatıyam. 2008-dən isə bu komandanın ev oyunlarını stadiondan izləməyə çalışıram. 2013-dən “Mançester Yunayted”in avrokuboklardakı hansısa səfər oyununu qaçırmamışam. Bizim futbol inkişaf etmədiyinə görə insanlarımız Avropa klublarına maraq göstərməyə başladı. Məsələn, “Fənərbaxça” bu gün Çexiyada hansısa klubla qarşılaşsın. Nəinki türklər, azərbaycanlılar da könüllü şəkildə stadiona gedəcəklər. Çünki onlara maraq və sevgi var. Burdakı türklərin azərbaycanlılara sevgisi böyükdü. Vətən müharibəsi zamanı ermənilər Azərbaycan səfirliyinin qarşısında aksiya keçirdilər. Həmin vaxt Türkiyənin Çexiyadakı böyük elçisi Egemen bəy başda olmaqla xeyli sayda türk ölkəmizə dəstək oldu. Mən bunların canlı şahidiyəm. Onlarla münasibətimiz əladı. Sadəcə, stadionda yer məhdudiyyəti var. Bu səbəbdən də digər türklərə “gəlin, “Qarabağ”ın oyununa baxaq” deyə bilmirik. Diaspor olaraq kiməsə müraciət etməmişik.
Çünki Adnanın, Metenin “Qarabağ”a dəstək olmağındansa, Avropada yaşayan azərbaycanlıların oyuna gəlməsi daha məqsədəuyğundu.

- Azərbaycanın Çexiyadakı səfiri görüşü stadiondan izləyəcək?
- Səfir və səfirliyin əməkdaşlarının hamısı stadionda olacaq. Onlar “Qarabağ”a dəstək verəcəklər.

- Ümumiyyətlə, Çexiyada yerli əhalinin bu oyuna münasibəti necədi?
- Görüşə maraq olduqca böyükdü. Çünki çexiyalılar öz komandalarının qrupda oynamasını istəyir. “Qarabağ”la oyunun biletləri satışa çıxandan 2 saat sonra bitdi. Bu da görüşə marağın nə qədər olduğunun göstəricisidi. Bəzi azərbaycanlılar “Viktoriya”nın azarkeşləri arasında özlərinə bilet almaq istədilər. Amma buna imkanları olmadı. Çünki biletlərin hamısı tez satıldı.

- Görüş haqda nə düşünürsüz? "Qarabağ" "Viktoriya"nı keçə bilər?
- Təbii ki, azərbaycanlı kimi Qarabağ”dan qələbə gözləyirik. Ümid edirik ki, çempionumuz qalib gəlib, Çempionlar Liqasının qrupuna vəsiqə qazanacaq. Təbii ki, Ağdam təmsilçisi “Viktoriya”nı keçə bilər. Bunun üçün möcüzə lazım deyil. “Viktoriya” da istənilən oyunu sərgiləmir. Çempionat yeni başlasa da, komanda yaxşı nəticələr qazana bilmir. Hər şey “Qarabağ”ın əlindədi. İmkansız və ümidsiz nəsə yoxdu. Dəstəyimiz tam olacaq. Oyun günü və saatında komandamızın yanında olacağıq. Gerisi “Qarabağ”ın futbolçularından asılıdı. Çox istəsələr, vuruşsalar, qələbə qazanacaqlar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

20-08-2022, 12:0

"Qarabağ" Çexiyada seçimini etdi

Aktual / Günün xəbəri

16-08-2022, 12:0

"Qarabağ" - "Viktoriya" matçına bilet istəyənlər üçün şad xəbər

Çempionlar Liqası

11-08-2022, 17:0

“Qarabağ” – “Viktoriya” oyununun biletlərinin qiymətində dəyişiklik olacaq? – RƏSMİ AÇIQLAMA

Manşet / Çempionlar Liqası

20-08-2022, 15:0

"Viktoriya" "Qarabağ"ın biletlərini satışa çıxarıb? - AÇIQLAMA

Çempionlar Liqası

19-08-2022, 17:0

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

Çempionlar Liqası

13-08-2022, 10:0

"Bütün diqqətimiz "Qarabağ"da olacaq" - "Viktoriya"nın futbolçusu

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Bu gün, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Bu gün, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Bu gün, 21:31
    La Liqada yeni təyinat
  • Bu gün, 21:00
    "İmişli"də ayrılıq
  • Bu gün, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Bu gün, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Bu gün, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə