• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fasilə “Qalatasaray”a yararlı olacaqmı?

Dünya futbolu

17-02-2023, 20:0

“Hatayspor” və “Qaziantep”in superliqadan çəkilməsi ilə birlikdə mövsümün sonluğunda maraqlı bir təqvim alındığını xəbər vermişdik.

Belə ki, sondan əvvəlki turda “Qalatasaray” – “Fənərbaxça” derbisi var. Bu oyun hər iki komanda üçün superliqada mövsümün son qarşılaşması olacaq. Çünki sonuncu turda “Qalatasaray” “Hatayspor”, “Fənərbaxça” isə “Qaziantep” ilə qarşılaşmalı idi. Bilindiyi kimi, TFF-nin qərarı ilə Türkiyə çempionatı martın 3-4-dən etibarən qaldığı yerdən davam edəcək. Həmin tarixdə 24-cü turun oyunları keçiriləcək. 23-cü turdan təxirə salınan 3 qarşılaşmanın isə daha tez – fevralın 25-27-si oynanılması gündəmdədi. Amma bununla bağlı rəsmi qərar verilməyib.

Bu arada qeyd edək ki, “Qalatasaray” 24-cü turda çempionatdan çəkilən “Qaziantep”lə səfərdə qarşılaşmalı olduğundan, həmin həftə belə demək mümkünsə, istirahət edəcək. “Sarı-qırmızılar” növbəti oyununa ən yaxşı halda martın 2-ci həftəsində çıxacaq. İstanbul nəhəngi həmin vaxt 25-ci tur çərçivəsində “Kasımpaşa”nı qəbul edəcək. “Qalatasaray”ın normal şərtlər altında martın 1-də “İstanbul BŞ”yə qarşı keçirməli olduğu, amma məlum səbəblər üzündən təxirə salınan kubok oyununun vaxtı da hələ dəqiqləşməyib. Bilindiyi kimi, zəlzələyə qədər Okan Burukun komandası əsl tarix yazmışdı. “Qalatasaray” 12-si superliqada, 3-ü kubokda olmaqla ardıcıl 15 rəsmi oyunda qalib gəlmiş və Türkiyə futbolunda belə seriyaya imza atan ilk klub kimi tarixə düşmüşdü. Amma komanda məcburi şəkildə təxminən 35-40 gün dincəlməli olacaq. Çünki “Aslan” son oyununu fevralın 5-də keçirib. Fanatlar komandanın ritmini itirəcəyindən çəkinir. Yaxın keçmişdə artıq belə bir şey “Qalatasaray”ın başına gəlib. 2019/20-də Fatih Terimin dönəmində komanda ardıcıl 8 qələbəlik seriya yaxalamışdı. Amma bu seriyadan sonra bütün dünyada olduğu kimi, Türkiyədə də koronavirus tüğyan etməyə başladı. Nəticədə “Sivasspor”la səfərdə 2:2 oynadıqdan sonra “Qalatasaray” evdə boş tribunalar önündə keçirilən derbidə “Beşiktaş”la qolsuz bərabərə qalmışdı. 3 aylıq məcburi istirahətdən sonra isə komanda ritmini bir qədər də itirərək ilk 6 oyunda 3 xala həsrət həsrət qalmışdı. Nəticədə 8 oyunluq qələbə seriyası ilə 3-cü pilləyə qədər yüksələn komanda sonrakı 8 oyunda qələbə üzü görməmiş və mövsümü yalnız 6-cı pillədə başa vurmuşdu.

Amma fanatları qorxudan tək böyük fasilə deyil. Çempionata 1 aya yaxın ara verildiyini nəzərə alsaq, çox güman, mövsüm iyuna qədər uzanacaq. Son 2-3 turun iyuna təsadüf etmək ehtimalı böyükdü. Bu da ortaya başqa bir problem çıxarır. “Qalatasaray”da bir sıra oyunçuların müqavilə və ya icarə müddəti mayın 31-də başa çatacaq. Daha dəqiq desək, belə oyunçuların sayı 8-di! Bu oyunçuların arasında komandanın əsas ulduzu, müqavilə ilə PSJ-yə məxsus olan Mauro İkardi, eləcə də “Norviç”dən icarəyə götürülən Milot Raşitsa və Bafetimbi Qomis də var. Elə yeni icarəyə götürülən Kaan Ayhanın da mayın 31-nə qədər pulunu ödəyib daimi əsasda transfer etmək lazım gələcək. Maraqlıdı ki, koronavirus dönəmində “Qalatasaray” buna bənzər mövzuda da problem yaşamışdı. O vaxt “Monako”dan 2-ci dəfə icarəyə götürülən Henri Onyekurunun icarə müddəti iyunun 31-nə qədər idi. Bu vaxt tamam olandan sonra “Monako” Onyekurunun geri qayıtmasını tələb etmişdi. Nəticədə nigeriyalı vinger mövsümün son 5 oyununda komandaya kömək edə bilməmişdi. “Qalatasaray”da müqavilə müddəti mayın 31-də başa çatacaq digər 4 futbolçu isə komandanın əsas oyun qurucusu Dris Mertens, eləcə də Xuan Mata, qapıçı Okan Kocuk və sol müdafiəçi Əmrə Taşdəmirdi. Düzdü, məsələni araşdıran klubun hüquqşünasları ümidverici bir məqam tapıblar. FİFA və UEFA qeyri-adi hal üzündən çempionatının müddəti məcburən uzadılan ölkələrdə klublara güzəştlər edir. Belə ki, klublara oyunçuların müqavilə müddətini çempionatın sonuna qədər uzatmağa icazə verilir. Çox güman, Türkiyə ilə bağlı da belə addım atılacaq. Amma bu qərar yalnız müqavilə ilə kluba məxsus olan oyunçulara şamil edilir. Onyekuru məsələsində olduğu kimi müqavilə ilə başqa kluba məxsus olan futbolçunu heç kim müddətdən artıq heyətdə saxlaya bilməz. Ona görə də İkardi ilə bağlı problemin necə həll olunacağı indidən böyük maraq doğurur.

Bu arada “Fotomaç” nəşrinin yazdığına inansaq, “Qalatasaray” “Dinamo”nun vingeri Arsen Zaxaryanı heyətinə qatmağa cəhd göstərib. Avropanın bir sıra klublarının hədəfində olan 19 yaşlı futbolçunun transfer dəyəri 15-25 milyon avrodu. Rusların yazdığına görə, Zaxaryan istanbulluların təklifini geri çevirib. O, əslən erməni olsa da, Rusiya yığmasının şərəfini qoruyur. “Spartak”ın sabiq prezidenti Andrey Çerviçenko isə bu məsələ ilə bağlı diqqətçəkən ifadələr işlədib. O, bildirib ki, Zaxaryan əslən erməni olduğuna görə Türkiyəyə getməməklə düzgün addım atıb. Bundan başqa, Çerviçenkonun fikrincə, Türkiyə çempionatı səviyyə baxımından Rusiya çempionatından geri qaldığına görə Zaxaryanın “Dinamo”dan “Qalatasaray”a keçidi geriyə doğru addım sayılardı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-01-2023, 10:0

Mayda bir həftə içində iki derbi izləyə bilərik

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Dünya futbolu

17-02-2023, 20:0

“Hatayspor”la “Qaziantep”in oyunçuları nəhəng klublara keçir

Dünya futbolu

13-11-2022, 22:0

''Qalatasaray''dan möhtəşəm qələbə!

Dünya futbolu

17-09-2022, 12:0

''Konyaspor''un seriyası bitdi, ''Qalatasaray'' 58 tur sora lider oldu

Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 195
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə