"Sumqayıt" - "Şamaxı" matçını tribunadan meydan sahiblərinin zədəli futbolçusu Dieqo Karioka da izləyirdi. Özü də jurnalistlət üçün nəzərdə tutulan lojadan.
Bunun səbəbini klubun mətbuat katibi Rəşad Məmmədovdan soruşduq:
"Klubun üzvləri üçün yerlər jurnalistlər üçün nəzərdə tutulan lojaya yaxındı. Dieqo da səhvən gəlib orda əyləşmişdi. Lakin fasilə ərəfəsində ona harda oturmalı olduğunu göstərdim və ikinci hissədə yerdəyişmə etdi".
ABDULLA İSMAYILOĞLU