"Sumqayıt" dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.
Football-plus.az xəbər verir ki, komanda "Kolos"un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib. Vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, "Sumqayıt" futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində "Şaxtyor" (Soliqorsk, Belarus), "Vitebsk" (Belarus), "Yagelloniya" (Polşa), "Zalagerseq" (Macarıstan) və "Kolos" (Ukrayna) kimi klublarda çıxış edib.