Vurğun Hüseynovun zədəsi ciddidi? - AÇIQLAMA

27.08.2022 15:37 461
Premyer-liqa / Manşet
Dünən Misli premyer-liqasının 4-cü turuna start verildi.

"Sumqayıt" - "Turan Tovuz" matçının 28-ci dəqiqəsində meydan sahiblərinin kapitanı Vurğun Hüseynov zədələnərək Elvin Bədəlovla əvəzləndi. 

"Football-plus.az" saytı olaraq futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğunu klubun mətbuat katibi Rəşad Məmmədovdan soruşduq: 

"Dünən "Turan Tovuz"la matçdan sonra komanda istirahətə buraxılıb. Kapitanımız Vurğun Hüseynov da bu gün diincəlir. Onun zədəsinin ağır və ya yüngül olması sabah müayinədən sonra bilinəcək" 

ABDULLA İSMAYILOĞLU