• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”də Tərlan Əhmədova qarşı müxalifət formalaşıb - TƏHLİL

Ölkə futbolu

16-02-2023, 14:0

Mehman Allahverdiyev qardaşının qisasını alır, İsgəndər Cavadov susur...

22 turdan sonra hesabında 14 xal olan “Kəpəz” turnir cədvəlinin dibində qərarlaşıb ki, bu da gəncəli azarkeşlər tərəfindən xoş qarşılanmır. Lakin ikinci “beşlik”də elə vəziyyət yaranıb ki, bir qələbə “sarı-göylər”i zirzəmidən çıxara bilər. Qarşıda isə Tərlan Əhmədovun komandasını öz meydanında “Şamaxı” ilə görüş gözləyir. Qış fasiləsindən sonra baş tutan “Qəbələ” və “Qarabağ”la matçlar göstərdi ki, “Kəpəz” “doğma divarlar” arasında istənilən rəqibə başağrı ola bilir. Təəssüf ki, bu gün “sarı-göylər”in düşərgəsində qarşıdan gələn oyundan çox meydandan kənarda gedən oyunlar barədə düşünürlər.

Baş məşqçinin üsyanı

“Turan Tovuz”la matçdan sonra Tərlan Əhmədovun mətbuat konfransında səsləndirdiyi fikirlər normal klubda zəlzələ effekti verməliydi. Baş məşqçi açıq-aydın, hamının başa düşə biləcəyi tərzdə ona qarşı klubda “torbatikmə əməliyyatı”nın getdiyini, hətta rəhbərliyin kimlərin aranı qarışdırdığını bildiyini söylədi. Normal klub bu açıqlamadan sonra ən azı mətbuat konfransı təşkil edər, ya baş məşqçinin haqlı olduğunu söyləyib ara qarışdıranları klubdan uzaqlaşdırar, ya da Əhmədovun yalan dediyini söyləyib onunla vidalaşardı. Ancaq Tərlan bəyin məlum açıqlamalarının üstündən 4 gün keçməsinə baxmayaraq, nə araqarışdıranların adı ictimaiyyətə açıqlanıb, nə də baş məşqçinin yalan danışdığı deyilib. Susmaq isə razılıq əlamətidi. Belə çıxır ki, İdarə Heyətinin sədri İlqar Nadiri, klubun AFFA tərəfindən təyin olunan kuratoru İsgəndər Cavadov hər şeydən xəbərdardı. Sadəcə, nə baş məşqçi ilə yolları ayırmağa cürətləri çatır, nə də ona qarşı çıxanlara “sus” deməyi bacarırlar.

Niyə məhz İsgəndər Cavadov?

Əhmədovun tarixə düşəcək mətbuat konfransında xüsusilə İsgəndər Cavadovun adını çəkməsinin, baş məşqçi olandan sonra onunla yalnız bir dəfə görüşdyünü vurğulamasının arxasında nə durur? Tərlan bəy açıq-aydın klubda gəncəli - bakılı söhbətinin baş qaldırğını açıqladı. Onun fikrincə, İdarə Heyətinin sədri bu məsələdə hər nə qədər bitərəf qalmağa çalışsa da, istəsə də, istəməsə də, şəhərin sakini kimi (hərçənd ki, indi Bakıda yaşayır) yerlilərinin tərəfini tutacaq. Bu səbəbdən Əhmədov Cavadovun ortaya çıxaraq, nüfuzundan istifadə edib söz-söhbətə son qoymasını istəyir. Gəlin etiraf edək ki, Nadiri hər nə qədər deyildiyi kimi yaxşı insan olsa da, istər idarəçilik, istərsə də futbol camiəsində status baxımından Cavadov deyil. Nadirinin üzüyola olması, başverənlərə vaxtında reaksiya göstərməməsi klubun daxilində müxalifətin formalaşmasına şərait yaradıb. Bu gün “Kəpəz”də heç də rəhbər post tutmayanlar öz maraqlarına uyğun azarkeşləri yönəldirsə, bir qrup şəxs istədikləri adamı baş məşqçi postuna gətirmək üçün rəhbərliyin başının üstündən müəyyən işlər görürsə, bu birbaşa İdarə Heyətinin sədrinin günahıdı. Onun zəif iradəsi, proseslərə müdaxilə etməməsi, qısa desək, yumruğunu stola vura bilməməsi bu gün tarixi ənənələrə malik klubu rəzil duruma salıb.

Qardaş qisası

Hamı yaxşı bilir ki, nə qədər Gəncədə Mehman Allahverdiyev var, onun xeyir-duası olmadan heç kim “Kəpəz”də uzun müddət çalışa bilməz. “Sarı-göylər”in tarixi uğurlarında imzası olan 63 yaşlı mütəxəssis hazırda klubun idman direktoru postunu tutur. Və məntiqlə, idman direktoru kimi klubda başverənlərə görə müəyyən qədər o da məsuliyyət daşıyır. Ancaq nədənsə Əhmədov vaxtilə “Neftçi”də bir yerdə oynadığı Allahverdiyevin adını çəkmir. Niyə? Ona görə ki, Mehman bəylə baş-başa gəlmək istəmir. Tərlan bəy yaxşı bilir ki, kluba gəldiyi ilk gündə verdiyi qərarla Allahverdiyev qardaşlarından böyüyünün ayağını tapdalayıb. Söhbət onun Füzuli Allahverdiyevi əsas komandanın məşqçilər korpusundan uzaqlaşdırmasından gedir. Hələ o vaxt qeyd etmişdik ki, bu xəmir çox su aparacaq, Mehman bəy qardaşının intiqamını alacaq. Və proseslərin axarı göstərir ki, buz yerindən tərpənib. Allahverdiyev yaranmış durumdan maksimum istifadə edib, hazırkı baş məşqçini yola salmağa çalışır. Sizcə, Əhmədov “futbolçuları öyrədirlər ki, pulunuzu almamış klubdan getməyin” deməklə kimin “bostanına daş atır?” Bilmədizsə, deyək. Baş məşqçinin əsas komandadan uzaqlaşdırdığı Rauf Əliyev və Əfran İsmayılovla danışıqlar aparmağı rəhbərlik məhz Allahverdiyevə tapşırmışdı. O isə rəhbərliyə “futbolçular pullarını almamış getməyəcəklər” deyərək, danışıqların əlavə vaxt itkisi olduğunu söyləmişdi. Ancaq sonda İlqar bəy Əfran və Rauf ilə görüşərək qarşılıqlı razılıq əsasında yolları ayrıdı. Bu gün Gəncədə hamı yaxşı bilir ki, Əhmədovu baş məşqçi postunda görmək istəməyən müxalifət məhz Allahverdiyevin ətrafında birləşib.

Akademiyanın məşqçiləri də narazıdı

“Qarabağ”la oyundan sonra Tərlan bəy komandasının yalnız oyundan-oyuna təbii örtüyə çıxdığını etiraf etmişdi. “Kəpəz”in əsas komandası da istər əvəzedicilər, istərsə də akademiyanın müxtəlif yaş qrupları kimi süni örtükdə hazırlıq keçdiyindən meydan problemi yaşanır. Tərlan bəy əsas komandanın çalışdırıcısı kimi istədiyi vaxt məşq təyin etmək səlahiyyətindən istifadə edərək, heç kimi nəzərə almadan akademiyanın müxtəlif yaş qruplarının hazırlıq prosesini pozur. Və bu da sistematik hal aldığından artıq aşağı yaş qruplarında çalışanlar ondan rəhbərliyə şikayət edir. Narazılıq son həddə çatıb. Akademiyanın əlaqələndiricisi, qış fasiləsində məcburiyyətdən “Kəpəz”i “Şamaxı”ya dəyişən Əli Səmədovun atası İlham Səmədov da Tərlan Əhmədovla “ulduzu barışmayanlar” sırasındadı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-09-2022, 12:0

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

Premyer-liqa / Manşet

27-09-2022, 14:0

“Kəpəz” rəhbərliyi Tərlan Əhmədov – Mehman Allahverdiyev qalmaqalına reaksiya verdi - AÇIQLAMA

Premyer-liqa

14-02-2023, 13:0

“Kəpəz” yola Tərlan Əhmədovla davam edəcək? - AÇIQLAMA

Ölkə futbolu

14-02-2023, 14:0

Xaliq Mərdanov klubdaxili iclasda Tərlan Əhmədova nə deyib? – ÖZÜ AÇIQLADI

Premyer-liqa / Manşet

6-09-2022, 18:0

“Kəpəz” azarkeşlərinin Tərlan Əhmədovun təyinatına münasibəti necədi?

Ölkə futbolu / Manşet

5-09-2022, 15:0

Tərlan Əhmədovun "Kəpəz"dəki maaşı bəlli oldu

Aktual
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Son xəbərlər
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə