Gəncəli azarkeşlərin sabiq baş məşqçiyə qarşı münasibətinin normal olmadığı məlum idi. Bunu hər oyun zamanı mütəxəssisi istefaya səsləmələrindən də anlamaq çətin deyildi.
Maraqlıdı, “Kəpəz” azarkeşlərinin Tərlan Əhmədovun təyinatına münasibəti necədi? Mütəxəssisin rəhbərliyi altında komandadan necə çıxış gözləyirlər? Bu haqda məlumat almaq üçün Gəncə təmsilçisinin azarkeşi Müşviq Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Azarkeş olaraq Tərlan Əhmədovun gəlişini müsbət qarşılayırıq. Çünki daha pis olmayacaq. Gözləntilər haqda nəsə demək çətindi. Stadionu, maliyyəsi olmayan komandadan nəsə gözləmək ağılsızlıq olar. Bir istəyimiz var, o da döyüşkən komandanın yaradılmasıdı. Uduzanda da döyüşüb uduzsunlar. Tərlan Əhmədovun belə komanda yaradacağına inanmaq istəyirik. Başa düşürük ki, bu ilk növbədə maliyyədən asılıdı. Bundan əlavə, onun komada daxilində ab-havanı düzəldəcəyinə də inanırıq”.
ŞAİR ABDULLA






