Almaniyanın 3-cü liqasında 22-ci turun oyunları keçirilib.
Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” doğma meydanda “Manhaym”a qalib gəlib - 2:1. Start heyətində meydana çıxan yarımmüdafiəçi 90-cı dəqiqədə əvəzlənib. Komandasının 20-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də Nazarov verib. Aue təmsilçisi 24 xalla 20 komandanın mübarizəsində 14-cü pillədə qərarlaşıb.
Niderlandın birinci divizionunda 24-cü turun görüşləri baş tutub. Ozan Can Kökçülü “Eyndhoven” doğma meydanda “Almere Siti”yə 0:1 hesabıyla məğlub olub. Start heyətində meydana çıxan millinin yarımmüdafiəçisi 82-ci dəqiqədə əvəzlənib. Hesabında 39 xal olan “Eyndhoven” 20 komanadanın sıralamasında 5-cidi.
İsveçrə çempionatında 20-ci turun qarşılaşmaları çərçivəsində Renat Dadaşovlu “Qrasshopper” səfərdə “Servett”ə uduzub (1:2). Yığmanın hücumçusu görüşü əvəzlənmədən keçirib. Komandasının yeganə qolunu da 57-ci dəqiqədə penaltidən Renat vurub. “Qrasshopper” 20 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cıdı.
Almaniyanın Qərb Regional Liqasında 22-ci turun oyunları keçirilib. Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke-04”ün ikinci komandası doğma azarkeşləri önündə Köln “Fortuna”sının müqavimətini qıra bilməyib - 1:1. Start heyətində meydana çıxan hücumçu 87-ci dəqiqədə əvəzlənib. 34 xala malik “Şalke-04”ün ikinci komandası 18 kollektivin mübarizəsində 7-ci pillədə qərarlaşıb.