• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İspaniya futbolunun çirkli tərəfi - TƏHLİL

Dünya futbolu

5-02-2023, 20:0

Bu hadisəni işıqlandırmaqda məqsəd heç də hamımızın, eləcə də milyonlarla insanın ortaq sevgisi olan futbola ləkə yaxmaq deyil.

Futbol gözəl, məsum və bəzən insanın hissləriylə oynayan çox mükəmməl idman növüdü. Sadəcə, bilin ki, nə vaxtsa bukmeker kontorunda əyləşib çay içə-içə hansısa oyuna ''görəsən, nə atım'' deyə düşündüyünüz vaxt qarşınıza yaşlı bir ''day-day'' çıxıb pulunun batmasının acığı ilə sizə ''filan oyunu gör necə fırlatdılar'' deyirsə, onun sözündə 0,1 faiz də olsa, həqiqət ola bilər… Bu məsələyə İspaniyada “Osasuna” işi” adı verilib. Karyerasını hələ bitirməyən Xavi Torresə 10 aylıq həbs cəzası verilib. O, həm də 400 min avro cərimələnib və 22 aylığa futboldan kənarlaşdırılıb. Torresin hazırda 36 yaşı var. Ona görə də artıq əminliklə söyləmək olar ki, onun karyerası başa çatdı.

“Möhtəşəm” ideya
Bu hadisəni yaşamaq üçün təxminən 9 il əvvələ, 2014-cü il mayın əvvəllərinə yollanmalıyıq. ''Böyük beşliy''in ən böyük iki ölkəsindən biri sayılan İspaniyada çempionat həlledici mərhələyə qədəm qoyur. ''Atletiko'', ''Barselona'' və ''Real'' çempionluq uğrunda amansız mübarizə aparır. Elitada qalmaq uğrunda da çox ciddi rəqabət var. Sona iki tur qalmış Pamplona təmsilçisi “Osasuna”nın vəziyyəti çox qəlizdi. Komanda 35 xalla sondan əvvəlki – 19-cu pillədə qərarlaşıb. 18-ci pillədəki “Almeriya”nın, eləcə də 17-ci “Xetafe”nin və 16-cı “Valyadolid”in 36 xalı var. Aqibəti bəlli olan yalnız 22-ci xalla sonuncu pillədə qərarlaşan “Betis”di. “Osasuna”nı 37-ci turda “Espanyol” səfəri gözləyirdisə, son turda komanda evdə məhz elə “Betis”i qəbul etməliydi. İş elə getirmişdi ki, son turların aqibətini artıq heç bir motivasiyası qalmayan “Betis” müəyyənləşdirməliydi. Sevilya təmsilçisini 37-ci turda “Valyadolid”lə ev oyunu gözləyirdi. Qısası, sonluq futbolsevərlərə çox emosiyalı anlar bəxş etməli idi. Çempionluq mübarizəsinə gəlincə, “Atletiko” “Barsa” ilə “Real”ı 3 xal qabaqlayaraq 18 illik həsrətə son qoydu.
Elitanı tərk etmək istəməyən “Osasuna”nın rəhbərliyinin ağlına “möhtəşəm” bir ideya gəldi. Onlar həm özlərini sığortalamaq, həm də “Betis”ə “görüm-baxım” etmək qərarına gəldilər. Bu həngamənin əsas təşkilatçısı klub prezidenti Migel Taverna, baş katib Anxel Viskay və idman direktoru Xesus Peralta oldu. Onlar “Betis”də ilk mövsümünü keçirən və daban vətərindən zədə aldığı üçün 2013-ün noyabrından bəri meydana çıxmayan Xavi Torreslə əlaqə qurmaq fikrinə düşdülər. Amma bu boyda işi bir futbolçu ilə həll etmək çətin məsələ olardı. Bu üzdən sözügedən üçlük “Betis”də 3-cü mövsümünü keçirən Antonio Amaya ilə də əlaqə qurdu. Maraqlıdı ki, Amaya da zədəli idi və aprelin ortalarından oynamırdı.

Pul çox şeyə qadir olsa da...
Bu ikiliyə iki “şərəfli” iş tapşırıldı. Birincisi, onlar komanda yoldaşlarını ruhlandırmalı və “Betis” “Valyadolid”ə ən azı uduzmamalı idi. Əslində burda kriminal heç nə yoxdu. 3-cü tərəfin kiməsə şirnikləşdirici para verməsi və stimullaşdırması qanuna zidd hərəkət sayılmır. Amma ikinci məqam o idi ki, “Betis” son turda səfərdə “Osasuna”ya uduzmalıydı! Araşdırma nəticəsində məlum oldu ki, “Osasuna” rəhbərliyi qarşı tərəfə pulu iki hissəyə bölərək ödəyibmiş: əvvəlcə 400 min avro (“Valyadolid”lə oyundan sonra), ardınca da 250 min avro (satılmış oyundan sonra). Sonlara yaxın lap həvəsdən düşən “Betis” “Valyadolid”lə qarşılaşmaya 6 oyunluq məğlubiyyət seriyası ilə çıxmışdı. Amma pul necə deyərlər, çox zəhrimar şeydi. Komanda meydana o qədər ruhlanmış vəziyyətdə çıxdı ki, 76-cı dəqiqəyə qədər geridə olsa da, sonda 4:3 hesablı qələbə qazandı! Üstəlik qələbə qolu əsas vaxta əlavə olunmuş dəqiqələrdə vuruldu. “Marka” nəşrinin yazdığına inansaq, Peralta ilə Viskay Torres və Amayaya pulu neytral ərazidə ötürdülər. Pulu adi bir çantanın içinə qoyaraq yaşayış məntəqəsinin parkinq yerinə gətirdilər. “Osasuna” rəhbərliyi çantanı qara rəngli “minivan” tipli maşının yanında yerə qoydu. Torres ilə Amaya məhz bu maşının içindəydilər. Bu ikili çantanı götürərək maşında pulları saymağa başladılar. Hər şeyin qaydasında olduğunu gördükdən sonra isə Viskaya zəng vuraraq problem olmadığını bildirdilər.

...hər şeyə qadir deyil
Nəhayət, bir həftə sonra - mayın 18-də “Osasuna” “Betis”i qəbul edir. 2005-11-ci illərdə “Reyna De Navarra” adlanan, daha sonra isə adı dəyişdirilərək “El Sadar” olan Pamplonadakı stadionda əsil anşlaqdı. Amma həmin gün bu arenaya ayaq basan 20 mindən çox insan heç ağlına da gətirmir ki, qarşıdakı 90 dəqiqə ərzində futbol yox, ssenarisi əvvəlcədən yazılmış bir tamaşa izləyəcəklər. İşin əsas “qəhrəmanları” Torreslə Amaya meydanda yox idi. Maraq üçün “Betis”in həmin gün meydana çıxan start heyətini sizə təqdim edirik: Antonio Adan, Damyen Perkis, Xordi Fiqeras, Paulau, Xuanfran, Xavyer Çika, Xavyer Matilya, Alfred N”Diaye, Sedrik Mabvati, Salva Sevilya, Ruben Kastro. Lorenso Lopes, Aqustin Kakabelos və Nosa İqyebor isə sonradan meydana daxil oldular. Göründüyü kimi, heyətdə yetərincə tanınmış simalar da var idi. Məsələn, Antonio Adan bundan cəmi bir mövsüm öncə “Real”ın şərəfini qoruyurdu. Ruben Kastro ilə Salva Sevilya da İspaniya futbolunun pərəstişkarlasrına kifayət qədər tanış simalardı... “Şou” “Osasuna”nın artıq 12-ci dəqiqədə hesabı açması ilə başladı. Çox keçmədən gözlənilməz bir hadisə yaşandı. Yerli fanatlar qolu o qədər çılğın şəkildə qeyd etdilər ki, tribunalardan birinin qarşısındakı sədd çökdü. Fanatlardan bəziləri yerə yıxıldı və xəsarət aldı. Həkimlər onlara kömək etməli oldular. Nəticədə oyunda təxminən 35 dəqiqəlik məcburi fasilə yarandı. Oyun bərpa olunandan 2 dəqiqə sonra “Osasuna” fərqi artırdı. Sona 20 dəqiqə qalmış qonaqlar qollardan birinin əvəzini çıxdılar. “Osasuna” rəhbərliyi narahatlıq keçirməyə başlasa da, oyunda başqa qol olmadı. Hər şey planlaşdırıldığı kimi keçdi və pamplonalılar qalib gəldilər. Bütün bu məsələnin həm gülməli, həm də ağlamalı tərəfi odu ki, bu qələbə “Osasuna”ya elitada qalmaq üçün kifayət etmədi! Axı “Osasuna” “Valyadolid”dən qurtulsa da, digər rəqiblər lazım olan nəticəni əldə etməyi bacardılar. Nəticədə “Osasuna” 18-ci pilləni tutaraq aşağı liqaya yuvarlandı. Komanda bir də 2016/17-də qayıdacaq və elə həmin mövsüm yenə “aşağı” yollanacaq...


Kimə nə cəza verildi?
Qeyd edək ki, bu əməlləri olduğu kimi polisə danışan və hamının “torbasını tikən” baş katib Anxel Viskay oldu. Onun sözlərinə görə, qalan 250 min avronu Amayaya “Melia Lo Galgos” adlı oteldə ötürdü. Yeri gəlmişkən, bu məsələdə “Betis”in daha bir üzvünün – müdafiəçi Xordi Fiqerasın da adı hallanırdı. Amma onun günahını sübuta yetirmək mümkün olmadı.
Həmin vaxt 28 yaşı olan Torres növbəti il özünə “Starfisher Cancun 260” markalı bir yaxta aldı. Baxmayaraq ki, kartdan cəmi 6 min avro çıxarmışdı. Amaya isə bir müddət “Betis”dən aldığı məvacibə toxunmadı. Yəni kartdan, demək olar, pul çıxarmadı. Bu da onu göstərir ki, hər iki futbolçunun əlinə nəğd şəkildə böyük pullar çatmışdı. Maraqlıdı ki, araşdırmalar zamanı “Osasuna”nın hesabında sənədlərdə göstərilən məbləğdən 2,1 milyon avro çatışmadı. Viskay klubun hesabından daha 600 min avro çıxarıbmış. Amma bu pulların aqibəti sona qədər də bəlli olmadı. Baş katibin sözlərinə görə, o, bu pulu da başqa komandaları stimullaşdırmaq üçün xərcləyibmiş. Viskayın kitabı hələ 2020-ci ildə “bağlandı”. Məhkəmənin qərarı ilə ona 8 il 8 aylıq həbs cəzası verildi (sonradan bu cəzanı 5 il 7 aya qədər azaltdılar). Taverna ilə Peraltanın hərəsinə 6 il 8 aylıq iş verdilər (onların da cəzası 5,5 ilə qədər endirildi). Xavi Torreslə Amayanın hərəsinə əvvəlcə 1 illik iş kəsdilər. Amma futbolçular bununla razılaşmayaraq qərardan şikayət etdilər. Amaya həmin vaxt AS nəşrinə bunları demişdi: “Məni tanıyanlar bilir ki, heç vaxt İspaniya çempionatı kimi turniri şübhə altına atacaq hərəkətə yol verməmişəm. Əksinə, mən özüm həmişə turnirin qaydalarına və idmanın ruhuna zidd olan hərəkətləri pisləmişəm. Məhkəmənin qərarı məni təəccübləndirdi. Çünki mən iştirak etmədiyim və ya təsir gücünə malik olmadığım hadisəyə görə həbs cəzası almışam. Bununla qətiyyən razı deyiləm”.

Sonda haqq-ədalət yerini tapdı
Maraqlıdı ki, Xavi Torresə qarşı araşdırmalar və istintaq davam etsə də, o, çox asanlıqla özünə yeni klublar tapmağa, karyerasını davam etdirməyə müvəffəq olurdu. “Betis”də o, 2016-nın yayına qədər qaldıqdan sonra “Sportinq”ə keçdi. Bir ildən sonra isə Avstraliyaya yollanaraq “Pert Qlori” ilə müqavilə imzaladı. Növbəti il vətəninə qayıdaraq “Elçe”yə transfer olundu. Bundan sonra 1 il “Əl-Ərəbi” ilə Küveyt macərası yaşadı. 2020-dən bu yana isə o, “Luqo”nun şərəfini qoruyurdu. Torres bu mövsüm sequnda təmsilçisində həm əsas heyət üzvü, həm də kapitan idi. Ümumiyyətlə, Xavi Torresin karyerası daha güclü alına bilərdi. Çünki o, “Barselona”ya qədər gedib çıxmışdı və hətta 2008/09-da Xosep Qvardiolanın əzəmətli “Barsa”sında La Liqada 2 oyun da keçirmişdi. Amma həmin mövsüm Kataloniya nəhəngi ilə qazanılan çempionluq onun karyerasında ilk və yeganə ciddi titul oldu. Amayaya gəlincə, o, “Betis”i elə həmin il, yəni 2014-ün yayında tərk edərək “Rayo Valyekano”ya yollandı. “Mursiya”nın heyətinmdə keçirdiyi 2018/19 mövsümü onun karyerasındakı son “futbol ili” oldu. Yuxarıda Torres üçün sadaladığımız cəzaların eynisi Amayaya da verilib. Amma Torresdən fərqli o artıq karyerasını başa vurmuşdu...

Oxunub: 95
Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-01-2023, 19:0

Torres həbs olundu

Dünya futbolu

14-10-2021, 12:0

Ernandes qardaşları: dünən sevinc, bu gün kədər...

Manşet / MÜSAHİBƏ

6-10-2022, 12:0

“Görünür, atasında olan futbol sevgisi ona da sirayət edib” - MÜSAHİBƏ

Yazarlar

29-05-2019, 13:0

Qələbə günü

Dünya futbolu

15-01-2023, 22:0

Tottinin bank hesabları araşdırılır

Dünya futbolu

17-11-2022, 17:0

Sabiq futbolçu həbs olundu

Aktual
"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
"Qarabağ"dan "Qalatasaray"a cavab: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verdi
BOS tarixində ilk yaşanıb
Son xəbərlər
  • Bu gün, 15:05
    Premyer-liqada işləmək istəyir
  • Bu gün, 14:54
    “Real”ı tərk etmək istəyir
  • Bu gün, 14:33
    Növbəti oyunda iştirak edə bilər
  • Bu gün, 14:02
    “Milan” ilə yenidən anlaşdı
  • Bu gün, 14:00
    22-ci turun daha dörd qarşılaşması keçirilir - YENİLƏNİR
  • Bu gün, 13:51
    Mbappenin qazancı sizi şoka salacaq
  • Bu gün, 13:30
    Misli premyer-liqasında 28-ci turun hakimləri
  • Bu gün, 13:09
    Sənan Qurbanov Arif Əsədovun fikrini absurd sayır – AÇIQLAMA
  • Bu gün, 12:48
    Joze Alesio Da Silva: “8 ildi eyni problemlərdən danışırıq”
  • Bu gün, 12:27
    Modriç türkiyəli fanatlara təşəkkür etdi - FOTO
  • Bu gün, 12:06
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 11:45
    Yığmamızın AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
  • Bu gün, 11:24
    Şamaxıda 6 qol - VİDEO
  • Bu gün, 11:03
    “Kəpəz”in yeni məşq mərkəzi istifadəyə verildi - FOTO
  • Bu gün, 10:42
    Dünya çempionatına ev sahibliyi hüququ bu ölkədən alındı
  • Bu gün, 10:21
    Şahmatçılarımız Avropa çempionatında çıxışlarını başa vurublar
  • Bu gün, 10:00
    "Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
  • Dünən, 23:49
    Argentina 6 ildən sonra ilk dəfə
  • Dünən, 23:30
    "Mançester Yunayted"in Reşford planı
  • Dünən, 23:10
    Azərbaycan cüdoçuları Antalya Böyük Dəbilqə turnirində iştirak edəcək
  • Dünən, 22:51
    "Vaşinqton"un yay planı
  • Dünən, 22:30
    Mahir məşqlərə başladı
  • Dünən, 22:15
    Messi "Barselona"ya dönməyi planlaşdırır?
  • Dünən, 21:51
    "Barselona" üçün daha bir problem
  • Dünən, 21:30
    Nikita Zadorovun hərəkəti rusiyalı jurnalistləri təəccübləndirib
  • Dünən, 21:15
    Rus mütəxəssis “milyonçu” olacaq
  • Dünən, 20:50
    Kuçerov 13-cü pilləyə yüksəldi
  • Dünən, 20:30
    “Admiral”da yeni müqavilə
  • Dünən, 20:15
    Rusiyalı tennisçi 28 görüşdə 26-cı qələbəsini qazandı
  • Dünən, 19:52
    Gənclərin Azərbaycan çempionatında daha 7 çəkidə qaliblər müəyyənləşib
  • Dünən, 19:30
    Amerikalı tennisçinin karyerasında ilk
  • Dünən, 19:10
    “Güzəştli kart”ın sahibləri bəlli oldu
  • Dünən, 18:52
    Zirədə 2 qol - VİDEO
  • Dünən, 18:21
    “Monreal” yenə pley-offdan kənarda qaldı
  • Dünən, 17:55
    “İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Daha çox
Oxunub: 5 559
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Oxunub: 2 940
"Qalatasaray" Bakıda bu məkanı seçdi
Oxunub: 1 868
“Bavariya”nın “elçi” düşdüyü, AFFA-nın maraqlanmadığı Renat - KÖŞƏ
Oxunub: 1 846
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
Oxunub: 1 014
"Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
Oxunub: 836
Avropa və dünya çempionu Türkiyə ilə oyunda erməniləri dəstəkləmək üçün İrəvana gəldi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə