Torres həbs olundu

24.01.2023 19:30 280
Dünya futbolu
Xavi Torres həbs edilib. “Barselona”nın sabiq oyunçusu bir müddət yaşıl meydanlarda görünməyəcək.

“Marca” qəzetinin xəbərinə görə, 36 yaşlı yarımmüdafiəçi danışılmış oyunların təşkilində iştirakda günahkar bilinib. İspaniyalı futbolçu 10 aylıq müddətinə həbs olunub. O, həmçinin 22 aylıq diskvalifikasiyaya məruz qalıb. Torresin “Osasuna” klubunun keçmiş rəhbərləri ilə əlbir olduğu da müəyyənləşib.

Xatırladaq ki, o, “Barselona”da 2007-09-cu illərdə çıxış edib. Xavi “Betis”, “Malaqa”, “Xetafe”də də oynayıb.