• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Görünür, atasında olan futbol sevgisi ona da sirayət edib” - MÜSAHİBƏ

Manşet / Müsahibə

6-10-2022, 12:0

Karyerası ərzində “Kimyaçı”, “Gənclərbirliyi”, “Göyəzən”, “Şahdağ”, “Masallı” kimi klubların şərəfini qoruyan, butslarını mismardan asandan sonra “Qəbələ”də seleksiyaçı-məşqçi, ardınca isə “Sumqayıt-2”də köməkçi məşqçi kimi çalışan Azər Mehdiyev bugünlərdə 44 yaşını qeyd edib. Veteran futbolçu ilə söhbətdə futbolumuzun bu günü barədə danışıb, geridə qalan illəri yada salmağa çalışdıq.

- Doğum günü münasibəti ilə səni təbrik edirik.
- Çox sağ olun ki, biz veteranları yaddan çıxarmırsız.

- Futbolçu karyeranı başa vurandan sonra bir müddət “Qəbələ”nin seleksiyaçısı kimi fəaliyyət göstərsən də, hazırda “Sumqayıt-2”nin məşqçisisən. Maraqlıdı, skaut olmaq çətindi, yoxsa məşqçi işləmək?
- Karyeramı bitirəndən sonra 8 il “Qəbələ” akademiyasının Şimal zonası üzrə seleksiyaçısı oldum. Sonradan məşqçi kimi çalışmağa qərar verdim. Hər sahənin özünə görə çətinliyi var. Məncə, məşqçi olmaq daha böyük məsuliyyət tələb edir. Məşqçi işi elədi ki, həm seleksiyanı bacarmalısan, həm də komandanı meydanda idarə edə bilməlisən.

- İdmançı ailəsindən çıxmısan. Qardaşın Arif Mehdiyev güləş camiəsində tanınan simalardan biridi. Seçim zamanı niyə güləşə yox, məhz futbola üstünlük vermisən?
- Əslində mən də əvvəlcə güləşlə məşğul olumuşam. Arif məndən kiçik olsa da, güləş zalına bir yerdə getmişik. Məşqçimiz o vaxt Sumqayıtda yaşayan erməni əsilli mütəxəssis idi. Ötən əsrin 80-ci illərinin sonunda Sumqayıtda yaşanan hadisələrdən sonra qaçıb getdi. Həmin vaxt məhəlləmizdə yaşayan uşaqlardan biri futbolla məşğul olurdu. Ona qoşulub mən də futbola getdim və rəhmətlik Tofiq Rzayevin rəhbərliyi altında məşqlərə başladım. Arif isə güləşə davam etdi. Onu da deyim ki, 42 kq-da Sumqayıt çempionu olmuşdum.

- Sonradan Arif dünya çempionu və beynəlxalq turnirlərin qalibi kimi vətənə dönəndə futbola üz tutduğuna görə peşmanlıq hissi keçirmirdin?
- Heç vaxt. Futbolu çox sevmişəm, indi də bu sevgi ölməyib. Hətta deyərdim ki, arada “kaş 20 yaşım olaydı, futbolda daha artığına nail olardım” deyirəm. Cavan olanda bəzi məqamlara fikir vermirsən, müəyyən səhvlər edirsən ki, bu da karyerana təsir edir. Əslində səhv deyəndə hansısa böyük nöqsandan söhbət getmir. Şükür Allaha, heç vaxt yolumu azmamışam. Sadəcə, idman rejimini gözləməyi, vaxtında düzgün qərar verməyi nəzərədə tuturam. İnsanın yaşı artdıqca dünyaya baxışı da dəyişir.

- Karyeran ərzində bir çox klubun şərəfini qorumusan. Ən yaddaqalan oyun hansı olub?
- “Şəmkir”in çempionatda “at oynatdığı” vaxt idi. Mövsümü dəqiq xatırlamıram. Heyətində həmin dönəm üçün ölkənin sayılıb-seçilən futbolçularının toplaşdığı komandanı məğlub yola salmağı bacarmışdıq. Həmin qarşılaşmada rəqib futbolçu ilə toqquşmada gözümün üstü partladığından meydanı erkən tərk etməli olsam da, komanda qalib gəlmişdi.

- Bəs ən çətin günlərin hansı klubda olub?
- Qusar “Şahdağ”ında. Yaxşı kollektivimiz var idi. Ancaq şəraitdən danışmağa dəyməz. Təsəvvür edin ki, paltardəyişmə otağını qızdırmaq üçün odun sobasından istifadə olunurdu. Məşqdən və oyunlardan sonra duş qəbul etmək üçün sobada su qızdırırdıq. Yenə deyirəm, şərait olmasa da, həmin il “Şahdağ”da gözəl kollektiv var idi.

- Bəzən deyirlər ki, hər futbolçunun karyerası ərzində ona yaxın baş məşqçi olur. Sənin yaxın bildiyin, oyun fəlsəfəsini bəyəndiyin məşqçi kim olub?
- Dünyasını dəyişən Sabir Əliyevin, Əfqan Talıbovun, Vaqif Sadıqovun, Qəhrəman Əliyevin rəhbərliyi altında çıxış etmişəm. Mənim üçün baş məşqçinin adı maraqlı olmayıb. Meydana çıxıb futbolumu oynamışam.

- Karyeranı çoxdan başa vursan da, səni tez-tez veteranlar arasında təşkil olunan turnirlərdə görmək mümkündü. Futboldan doymamısan?
- Futboldan doymaq olar? Bəlkə kimdəsə bu hiss var, məndə yoxdu.

- Yaxşı futbolçu olmaq üçün təkcə istedad yetərlidi?
- İstedad Allah vergisidi. İstedad hesabına bir vaxta, bir yerə qədər getmək olar. Zəhmət çəkməsən, məşqlərdə tər tökməsən, istedad səni yarıyolda qoyacaq. Futbol oynadığım illərdə o qədər beləsini görmüşəm ki... Sona qədər gedə bilməyiblər.

- Məsələn, kimin adını çəkə bilərsən?
- Məndən iki yaş kiçik olsa da, Daşqın Alıyevi deyərdim. Çox istedadlı futbolçu idi və yeniyetmə vaxtında güclülər dəstəsində çıxış edirdi. Ancaq tənbəl olduğundan karyerasını tez başa vurmaq məcburiyyətində qaldı.

- Adətən, incəsənət adamları, idmançılar olduqları sahədəki çətinlikləri görüb övladlarını başqa istiqamətə yönəldirlər. Oğlun Tunar isə yolunu davam etdirir, “Sumqayıt”ın U-14 komandasının qapısını qoruyur, elit yığmasına dəvət alır. Nə üçün onun futbola üz tutmasına razı olmusan?
- Öncə onu deyim ki, Tunar futbolu özü seçib. Seçiminə müdaxilə etməmişəm, onu bilərəkdən bu sahəyə yönəltməmişəm. Görünür, atasında olan futbol sevgisi ona da sirayət edib (gülür). Hələ ki pis deyil, ümidimizi doğruldur. Gələcəkdə necə olacağını zaman göstərəcək.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

1-ci liqa

19-07-2022, 13:0

“Sumqayıt-2”nin yeni baş məşqçisi məlum oldu - ÖZƏL

Ölkə futbolu

11-07-2022, 20:0

"Neftçi"də yeni məşqçi təyinatları

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 138
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə